
İsti hava insanı qocaldır
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
Avropada öncə payız, sonra təkrar yay havası olacaq
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
Turizm mövsümündə yeni qaydaları pozanlar ciddi cərimələrlə qarşılaşacaq
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Sosial şəbəkələrdə yayılan məlumatlar nə qədər doğrudur?
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
İranda müşahidə olunan ekstremal hava şəraiti səbəbilə avqustun 6-da ölkənin 20 vilayətində dövlət qurumları fəaliyyətini dayandıracaq. Rəsmi açıqlamaya görə, bu addım əsasən artan enerji istehlakını balanslaşdırmaq məqsədi daşıyır.
Hansı vilayətlərdə iş olmayacaq?
“Fars” xəbər agentliyinin məlumatına əsasən, dövlət idarələrinin fəaliyyətini dayandıracağı vilayətlər bunlardır:
Tehran, Fars, Ərdəbil, Kohgiluyə-Buyer Əhməd, Gülüstan, Rəzəvi Xorasan, Çaharmahal-Bəxtiyari, Buşəhr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əlborz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Simnan, İlam, Qum və Gilan.
Elektrik hər gün 2 saat kəsilir
Son günlərdə paytaxt Tehran da daxil olmaqla müxtəlif bölgələrdə gündəlik 2 saatlıq növbəli elektrik kəsintiləri həyata keçirilir. Səlahiyyətli qurumlar bu tədbirlərin enerji sərfiyyatının minimuma endirilməsi məqsədi daşıdığını bildirir.
Temperaturun kəskin yüksəlməsi səbəbindən əhalinin kondisionerlərdən daha intensiv istifadə etməsi elektrik şəbəkəsinə ciddi yük salıb. Nəticədə enerji tələbatında rekord səviyyələr qeydə alınıb.
Rəsmilərdən əhaliyə çağırış
Rəsmi qurumlar, enerji böhranının daha da dərinləşməməsi üçün vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırır. Mütəxəssislər hesab edir ki, bu cür ekstremal hava şəraiti qarşısında qısa müddətli məhdudiyyətlər labüddür.