
Pezeşkian Misirə gedib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycan üçün İranı kimin idarə etməsi sərfəlidir?
Pezeşkiyan xalqa müraciət etdi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
İran “şir”ləri gizləndikləri tülkü yuvalarından çıxıb “Qərblə danışıqlar aparmalıyıq”, dediyinə görə prezident Məsud Pezeşkiana hücuma keçiblər.
Avqustun 10-da ölkədə qeyd olunan “Jurnalist günü” münasibətilə Pezeşkian hökumətin bəzi üzvləri ilə birlikdə media rəhbərləri və nümayəndələri ilə görüşüb. Həmin görüşdə etdiyi çıxışda İranı ciddi iqtisadi çətinliklərə düçar edən sanksiyaların qismən də olsa aradan qaldırılması üçün Qərblə müzakirələrin vacibliyindən danışıb.
O, Qərblə, ilk növbədə ABŞ ilə danışıqlara görə hökuməti tənqid edən və müzakirələrin əleyhinə çıxan qüvvələrə müraciətlə deyib: “Heç kəs deyə bilməz ki, əgər mən danışıqlar aparıramsa, gedib təslim oluram. Təslim olmaq bizim təbiətimizdə yoxdur. Amma mənim inamım budur ki, biz dava etməklə də bir şeyə nail ola bilmərik. Kim deyib ki, danışmaqdan qorxmalısan? Danışmıram, müzakirə aparmıram, yaxşı bəs nə etmək istəyirsən? Müharibə etməkmi istəyirsən?“
Bu sualın ardınca dediyi sözlər Xameneyinin “Biz qalib gəldik!” şüarı ilə heç uyğun gəlmir: “Axı gəldi bizi vurdu! (12 günlük savaşı nəzərdə tutur) İndi gedib düzəltsək (yəni atom bombasını), yenidən gəlib vuracaq. Bunlar elə məsələlərdir ki, onlara emosiyalarla yanaşmaq olmaz”.
İsrail İranı yenidən vursa, gərək generallardan yox, dava-dava deyən boşboğaz radikallardan başlasın.