İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:46 | 24 may 2025 | Şənbə
Məqaləyə 267 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Konfransındakı çıxışında ölkədə işıqların kəsilməsinə də səbəb olan enerji problemlərini həll etməyə çalışdıqlarını bildirib.
Ölkədə həddindən artıq enerji istehlakı olduğunu və bununla bağlı ictimaiyyətdən dəstək istədiklərini ifadə edən Pezeşkian “Qiymət trendi belə olmayacaq. Elektrik enerjisini pulsuz verəndə onun dəyəri bilinmir”, – deyib.
Tehranda çıxış edən və bərpa olunan enerjinin istifadəsinə keçəcəklərini ifadə edən Pezeşkian, “Tullantı yanacaq istifadəsini azaltmalı və təmiz enerjidən istifadə etməyə çalışmalıyıq” dedi.
Ölkənin enerji problemlərinin də həddindən artıq istehlakla bağlı olduğuna diqqət çəkən Pezeşkian, “Məlumatlara görə, bir çox Avropa ölkəsindən 6 qat daha çox elektrik istehlak edirik. İnsanlar daha çox dəstək olsa, bu vəziyyəti düzəldə bilərik”, – deyib.
Ölkədəki elektrik tariflərinin də qeyri-kafi olduğuna diqqət çəkən Pezeşkiyan, “Qiymət trendi belə olmayacaq. Pulsuz elektrik verəndə onun dəyəri bilinmir. İnkişaf etmiş ölkə olmaq istəyiriksə, günəş enerjisinə müraciət etməliyik”, – dedi.
***
Digər tərəfdən, Tehranda bəzi dövlət inzibati idarələrinin həddindən artıq su istehlakı aşkar edildikdən sonra onların su təchizatının kəsildiyi bildirilib.
Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, infrastruktur investisiyalarının qeyri-kafi olması və enerji tələbatının sürətlə artması səbəbindən ciddi enerji böhranı yaşayır.
Son aylarda ölkədə enerjiyə qənaət təcrübələri getdikcə geniş yayılıb.
Xüsusilə isti havalarda kondisionerlərin işə salınması səbəbindən enerji tələbatı pik həddə çatdığı üçün səlahiyyətlilər tez-tez əhalini resurslardan daha qənaətlə istifadə etməyə çağırırlar.