vaxtlı-vaxtında oxuyun! Şənbə, 24 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
Britaniya kəşfiyyatında həyəcan 17:11 | 24 may 2025 | Şənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya kəşfiyyatında həyəcan

Baş nazirin evi yandırılıb, Rusiyadan şübhələnilir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın təhlükəsizlik xidmətləri baş nazir Keir Starmerin evinin yandırılmasında Rusiyanın əli olub-olmadığını araşdırır.

“Britaniya hakimiyyət orqanları yanğında ittiham olunan üç nəfərin Rusiya tərəfi tərəfindən muzdlu olub-olmamasını araşdırır”, – deyə “The Financial Times” Britaniya hökumətindəki yüksək səviyyəli mənbələrə istinadən yazır.

Bu şübhələr təsdiqlənərsə, Londonun reaksiyasının necə olacağı da müzakirə olunur.

Baş nazirin evində yanğın mayın 12-də səhər saatlarında baş verib. Yanğın nəticəsində evin qapısı zədələnib.

Aralarında bir Ukrayna və bir Rumıniya vətəndaşı olan üç şübhəli həbs edilib.

***

Keir Starmer və ailəsi “Downing Street”dəki rəsmi iqamətgahda yaşayarkən, Londonun şimal-qərbində sahibi olduğu dörd otaqlı ev müvəqqəti olaraq icarəyə verilib.

Mayın 8-də Starmerin qonşuya satdığı avtomobil yanıb və mayın 11-də Londonun şimalında bir vaxtlar ailəsi ilə birlikdə yaşadığı evin girişində yanğın baş verib.

Polis son hücumu bu iki hadisə ilə əlaqələndirib.