
Trampın vaxtı daralır
ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
Hökumət “Chelsea”nin satışından əldə olunan gəlirin Ukraynaya getməsini istəyir, milyarder təslim olmur
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
PUA hücumunun zərər rekordu, Rusiya mətbuatı ağzına su alıb durub
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
150 dollarlıq dronların vurduğu ən ucuz təyyarənin qiyməti 330 milyondur
Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub
“Britaniya Rusiya ilə buz müharibəsinə girəcək”
Rusiya neftinə 3 il əvvəl təyin olunan maksimum qiymət endiriləcək
Ukrayna maya dəyəri 1 milyonluq PUA ordusu ilə Rusiyaya 7 milyarddan çox ziyan vurdu
Finlandiya sərhədində Rusiyanın hərbi qüvvələri dəfələrlə artıb
Avrozona PMI 33 ayın ən yüksək səviyyəsinə çatdı
... Yaxud ədalətin təntənəsi
Ukrayna Trampa Rusiya bazalarına kütləvi PUA hücumu barədə məlumat verməyib
Rusiya Ukraynanın PUA-larını vurub
9 milyon sursat, minlərlə əsgərlə birlikdə
Böyük Britaniyanın Baş naziri və İşçi Partiyasının lideri Keir Starmer Şotlandiyanın Qlazqo şəhərində “BAE Systems” şirkətinə səfəri zamanı ölkəsinin müdafiə planları haqqında danışıb. İngiltərənin “NATO-da ən sürətli hərbi yenilikçi” olmasını istədiyini deyən Starmer, dünyanın dəyişdiyini və bunun “cəbhə xətti burada” demək olduğunu söylədi.
“The Guardian” qəzetinə görə, Starmer, strateji müdafiə qiymətləndirməsinin “İngiltərəni daha təhlükəsiz, daha güclü və müharibəyə daha hazır etmək üçün xəritə” rolunu oynayacağını və hökumətinin üç əsas dəyişikliyi həyata keçirəcəyini açıqladı.
***
Starmerin açıqlamasına görə, bu dəyişikliklərdən birincisi İngiltərənin “müharibə hazırlığı” mərhələsinə keçməsidir. Starmer, “Hərbi qüvvələrimizin əsas məqsədi olaraq müharibəyə hazırlıq mərhələsinə keçirik... Qabaqcıl orduları olan dövlətlər tərəfindən birbaşa təhdid edildiyimiz zaman, onların qarşısını almağın ən təsirli yolu, dürüst olmaq gərəkirsə, güc yolu ilə sülhə nail olmağa hazır olduğumuzu göstərməkdir”.
İkincisi, Böyük Britaniyanın Baş naziri Starmer, hökumətinin gördüyü hər şeyin NATO-nun gücünə töhfə verəcəyini, üçüncüsü, hökumətinin “müharibə sürətində innovasiyaları sürətləndirəcəyini”, – deyib.
***
Starmer mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. Rusiyanın Böyük Britaniyada internet və elektrik kəsilməsinə səbəb ola biləcəyi ilə bağlı sualı cavablandıran baş nazir deyib ki, Böyük Britaniya Rusiyadan gələn bütün təhdidlərə hazır olmalıdır. Starmer, “Gözlədiyiniz kimi, biz bütün infrastrukturumuzu və imkanlarımızı qorumaq üçün müttəfiqlərimizlə işləyirik”, – deyib.
Starmer müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün əlavə ixtisarların mümkünlüyünə qapını bağlamadı. Yardım büdcəsində ixtisarların edilməsinin çətin bir qərar olduğunu ifadə edən İngiltərə Baş naziri, yardım xərclərinə daha çox pul ayırmaq üçün digər ölkələrlə işləmək istədiklərini və daha çox dövlət xərcləri üçün pul təmin etmənin ən yaxşı yolunun böyüməyi təşviq etmək olduğunu dedi.
Starmerə Almaniyanın “Rusiya 4 il ərzində bir NATO ölkəsini işğal edə bilər” açıqlaması da soruşulub. İngiltərə baş naziri Rusiyadan gələn təhdidlərə qarşı hazır olduqlarını, Rusiyanın artıq ölkənin səmasında və ərazi sularında təhlükə yaratdığını ifadə edərək“, – strateji müdafiə qiymətləndirməsi İngiltərəni buna hazırlayacaq. “Hökumət daha güclü və sürətli hərəkət edəcək”, – dedi.
***
Starmer, Qlazqoda təşkil edilən mətbuat konfransından əvvəl BBC Radio 4-ün “Bu gün” proqramında verdiyi açıqlamada dünyanın dəyişdiyini, müdafiə və təhlükəsizlik baxımından yeni bir dövrə girdiklərini deyib. Dəyişən dünyaya hazır olmağın lazım olduğunu vurğulayan Starmer, “Müharibənin qarşısını almaq istəyirsinizsə, bunun ən yaxşı yolu müharibəyə hazırlaşmaqdır”, – deyib.
Rusiyadan gələn təhlükənin göz ardı edilə bilməyəcəyini və ölkəsinin bu təhlükəyə hazır olması lazım olduğunu vurğulayan Starmer, “Rusiya son həftələrdə sülhə ciddi yanaşmadığını göstərdi”, – deyib.
2027-ci ilə qədər ölkələrinin müdafiə xərclərini 2,3 faizdən 2,5 faizə yüksəltmək öhdəliyinə toxunan Starmer, növbəti parlament dövründə bu nisbətin 3 faizə çatmasını hədəflədiklərini açıqlayıb.
Bu məqsəd üçün dəqiq bir tarix təyin etməyən Starmer sözlərini belə davam etdirdi: “Bəli, yüzdə 3, amma bir İşçi Partiyası hökumətinin baş naziri olaraq, pulun haradan gələcəyinə və bu öhdəliyi necə yerinə yetirə biləcəyimizə tam əmin olana qədər dəqiq bir tarixə dair öhdəlik götürməyəcəyəm. Çünki mən xüsusi olaraq müdafiə siyasətinə inanmıram və müdafiə məsələlərinə inanmıram”.
***
Fevralın 25-də verdiyi açıqlamada İngiltərə Baş naziri Starmer 2027-ci ilə qədər ölkəsinin müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdıracağını açıqladı. Starmer həmçinin müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün xarici yardım büdcəsinin 0,5 faizdən 0,3 faizə endiriləcəyini açıqladı.