Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
07:43 | 28 fevral 2025 | Cümə
Məqaləyə 381 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
ABŞ Prezidenti Tramp Ağ Evdə İngiltərə Baş naziri Keir Starmeri qəbul edərkən Oval kabinetdə gündəmlə bağlı açıqlamalar verib.
“Ukrayna ilə sülh sazişi imzalanacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinə nə qədər güvənirsiniz” sualına Tramp, “Əgər Ukrayna ilə sülh sazişi imzalansa, Putinin sonradan yenidən işğala cəhd edəcəyini düşünmürəm”, – cavabını verib.
“Mən onu çoxdan tanıyıram, sözünü pozacağına inanmıram. Razılaşma bağlayarkən verdiyi sözdən dönəcəyini düşünmürəm. Məncə, razılaşma qüvvədə qalacaq. Həm Rusiya, həm də Ukrayna təhlükəsizliyi təmin edəcək”, – Tramp deyib.
Rusiyanın Krım da daxil olmaqla Ukraynadan aldığı bölgələri geri qaytarıb-qaytarmayacağı ilə bağlı suala Tramp, “Bəli, bu barədə danışmışıq. Dəniz zolaqlarının çoxu alınıb və bu barədə danışacağıq. Mümkünsə, onların əksəriyyətini Ukrayna üçün geri ala biləcəyimizi görəcəyik”, – deyib.
***
Daha əvvəl açıqlamalarında Ukrayna prezidenti Vladimir Zelenskini diktator adlandıran Tramp məsələ ilə bağlı sualı cavablandırarkən əvvəlki ifadələrindən geri çəkilib.
Tramp: “Siz yenə də Zelenski üçün diktator ifadəsini işlədərdinizmi?” sualına “Mən bunu dedim? Bunu dediyimə inana bilmirəm”, – reaksiyasını göstərib.
***
Tramp sülhməramlıların Ukraynaya nə vaxt göndərilə biləcəyi ilə bağlı da qiymətləndirmələr apararaq, onların prioritetinin sülh razılaşması olduğunu bildirib.
“Siz sülhməramlı qüvvələr haqqında danışırsınız, lakin biz əvvəlcə razılığa gəlməliyik. Hazırda razılaşmamız yoxdur. Razılaşmada kifayət qədər uzağa gedirik, lakin hələ ki, razılaşmamız yoxdur. Ona görə də razılaşma əldə olunana qədər sülhməramlılıq haqqında danışmaq istəmirəm”, – Tramp deyib.
***
Britaniya əsgərləri Ukraynada sülhün bərqərar olması üçün göndərilsə və Rusiya tərəfindən hücuma məruz qalarsa, ABŞ-ın kömək edib-etməyəcəyi sualına Tramp deyib: “İngilislərin köməyə ehtiyacı yoxdur, onlar özlərini müdafiə edə bilərlər”, – deyib.
İngiltərənin inanılmaz ordusuna sahib olduğunu iddia edən Tramp, "Köməyə ehtiyacları olsa, mən onların yanında olacağam, amma köməyə ehtiyacları yoxdur. İllərdir əla iş gördülər”, – deyib.
Burada ölkəsi ilə qürur duyduğunu və lazım gəldikdə iki müttəfiq ölkənin bir-birini dəstəkləyə biləcəyini deyən Starmerə, Tramp üzünü tutaraq “Rusiya ilə təkbaşına məşğul ola bilərsənmi?” sualını verib. Onun bu sualı zalda gülüşə səbəb olub.
***
Digər tərəfdən Tramp Zelenskinin sabah Ağ Evdə olacağını və onunla nadir torpaq elementləri müqaviləsini imzalayacaqlarını qeyd edib.
Həm Putin, həm də Zelenski ilə yaxşı münasibətinin olduğunu deyən Tramp, “Yəqin ki, bu müqaviləni medianın qarşısında birlikdə imzalayacağıq. Prezident Zelenski ilə işləmək istəyirik. Düşünürəm ki, Zelenski ilə əslində çox yaxşı münasibətimiz var idi, amma bəlkə də münasibətlərimiz bir az sınağa çəkildi”, – deyib.
***
Tramp ABŞ və Avropa Birliyi (AB) arasındakı əlaqələrə gəlincə, “AB ilə problemlərimiz var, çünki onlar bizə rüsum tətbiq edirlər. Qarşılıqlı olaraq onlara tariflər tətbiq edəcəyik”, – deyib.
Tramp AB-nin ABŞ şirkətlərinə qarşı açdığı məhkəmə iddialarına da işarə edərək deyib: “Onlar “Apple”ı məhkəməyə verdilər, 16 və ya 17 milyard dollar aldılar, məncə, bu, tamamilə gülünc bir qərar idi. Və “Google”u çoxlu pul üçün məhkəməyə verirlər. Bir çox başqa şirkətləri məhkəməyə verirlər. Hal-hazırda xalqımızla rəftarını bəyənmirik”, – deyib.
Tramp AB-nin ABŞ avtomobillərini idxal etmədiyini də qeyd edərək, əlavə edib: “Onlar bizə avtomobil satır, biz onlara satmırıq. Onlar bizim maşınlarımızı almırlar, kənd təsərrüfatımızın böyük hissəsini almırlar və onlarla birlikdə təxminən 350 milyard dollarlıq kəsirimiz var”, – deyib.
***
Görüş zamanı Münhen Təhlükəsizlik Konfransında vitse-prezident Ceyms Vensin AB-də “ifadə azadlığı”nı tənqid etməsi ilə bağlı suala Tramp yanındakı Vensi göstərərək, “Qoy cavab versin”, – deyib.
Vens Böyük Britaniya və onun AB müttəfiqləri ilə xüsusi əlaqələri olduğunu vurğulayaraq, “Ancaq biz həmçinin bilirik ki, ifadə azadlığının pozulması təkcə Britaniya xalqını deyil, həm də Amerika texnologiya şirkətlərinə və bununla bərabər Amerika vətəndaşlarına təsir edir”, – deyib.
Starmer Vensin açıqlamasına, “Biz ifadə azadlığımızla fəxr edirik”, – cavab diqqət çəkib.
***
Görüş zamanı Böyük Britaniyanın baş naziri Starmer Kral Çarlzın Trampı rəsmi olaraq Böyük Britaniyaya dəvət edən məktubunu ABŞ prezidentinə çatdırıb.
Dəvəti alan Tramp, “Bu, həqiqətən də xüsusi bir hadisədir, daha əvvəl belə olmamışdı. Mən tezliklə İngiltərəyə səfər edəcəm”, – deyib.
Ukraynanın NATO-ya üzvlüyü barədə suala cavab olaraq Tramp bunun baş verməyəcəyini və problemin mənbəyinin bu olduğunu deyib.