Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:22 | 2 mart 2025 | Bazar
Məqaləyə 439 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Starmer sammitin yekunlarına dair mətbuat konfransında liderlərin «hərəkət tempini qorumaq» və ümumi plan üzərində işi davam etdirmək üçün yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini bildirdi.
“Bu gün biz tarixin dönüm nöqtəsindəyik. İndi artıq boş danışıq vaxtı deyil – hərəkət etməyin və ədalətli, davamlı sülhə nail olmaq üçün yeni plan ətrafında birləşməyin vaxtıdır”.
Starmer Ukrayna üçün 1,6 milyard funt sterlinq həcmində hərbi yardım paketini elan edib. Dünən açıqlanan 2,2 milyard funt sterlinqlik kreditə əlavə olaraq, Starmer indi Ukraynaya “Belfastda istehsal olunacaq və ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün 5000-dən çox raket almağa imkan verəcək”.
“Bu, kritik infrastrukturun qorunması və sülh bərqərar olduqda Ukraynanın təhlükəsizliyini təmin etməsi üçün həyati əhəmiyyət daşıyacaq. Çünki biz keçmiş səhvlərdən dərs çıxarmalıyıq. Minsk kimi Rusiyanın asanlıqla poza biləcəyi zəif bir razılaşmanı qəbul edə bilmərik”, – deyə Starmer vurğulayıb.
Starmer Böyük Britaniyanın Ukraynaya yardım etmək üçün vacib addımlar atdığını bəyan edib. Bunlardan biri də Ukraynaya hərbi kontingentin göndərilməsidir.
“Biz bu razılaşmanın icrasını təmin etmək üçün Ukraynaya kontingent göndərəcəyik. Kömək etmək imkanı olduğu halda gözləyə bilmərik. Yardımımızı dərhal artıracağıq”, – deyə o vurğulayıb.
“Böyük Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə birlikdə döyüş əməliyyatlarının dayandırılması planı üzərində çalışacaq”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu plan daha sonra ABŞ-la müzakirə ediləcək və “bu plan birlikdə həyata keçiriləcək”. Starmer vurğulayıb ki, London Ukraynada sülhü qorumağa hazırdır – bu, həm “yerə əsgər göndərmək”, həm də “havada təyyarələrin olması” anlamına gəlir. “Avropa ağır iş görməlidir”, – deyə o bildirib və əlavə edib ki, bu razılaşma ABŞ-ın dəstəyinə ehtiyac duyur: “Qoy mən bunu açıq şəkildə bildirim – biz Trampın davamlı sülhün təcili bərqərar olunması ilə bağlı mövqeyi ilə razıyıq. İndi bunu birlikdə əldə etməliyik”.
“Mən ABŞ-ın etibarsız müttəfiq olması fikri ilə razı deyiləm – bir-birinə bu qədər sıx bağlı olan iki ölkə yoxdur”, – deyə baş nazir jurnalistlərin suallarına cavab olaraq bildirib. Onun sözlərinə görə, sammitin iştirakçıları “bu, ABŞ ilə birlikdə işlədiyimiz və ABŞ-ın dəstəklədiyi bir plandır” prinsipi ilə çıxış ediblər. “Buna görə də mən dünən axşam Tramp ilə danışdım”, – deyə Starmer vurğulayıb.
Böyük Britaniyanın Baş nazirinin sözlərinə görə, Londonda keçirilən sammitdə liderlər dörd əsas addım barədə razılığa gəliblər. Bura müharibə davam etdiyi müddətdə Ukraynaya hərbi yardım göstərməyə davam etmək və Rusiyaya qarşı iqtisadi təzyiqi gücləndirmək daxildir.
Hər hansı uzunmüddətli sülh Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin etməlidir və Ukrayna danışıqlar masasında olmalıdır.
Sülh müqaviləsi imzalandıqdan sonra Avropa liderləri gələcəkdə Rusiyanın Ukraynaya hər hansı müdaxiləsinin qarşısını almağa çalışacaqlar.
Ukraynanın müdafiəsi və ölkədə sülhün təmin edilməsi üçün “istəkli dövlətlər koalisiyası” yaradılacaq.