İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:54 | 5 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran hökumət ilə (SEPAH) komandanlığı arasında gərginlik misli görünməmiş səviyyəyə çatıb. Məlumatlara görə, Məsud Pezeşkian hökumət başçısı kimi SEPAH-ın komandiri Əhməd Vəhidinin özbaşına verdiyi qərarlara görə ciddi şəkildə qəzəblidir.
Tehrandakı məlumatlı mənbələrin bildirdiyinə görə, Pezeşkian SEPAH-ın Birləşmiş Ərəb Əmirliklərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları tamamilə “məsuliyyətsiz” addım kimi qiymətləndirib və bu əməliyyatların hökumətin xəbəri və razılığı olmadan həyata keçirildiyini bildirib.
Pezeşkian SEPAH-ın region ölkələri ilə gərginliyi artıran bu yanaşmasını “dəlilik” adlandırıb və bunun geri dönməz nəticələri barədə xəbərdarlıq edib.
Vəziyyətin pisləşməsi və ölkənin yenidən müharibəyə cəlb olunma ehtimalı fonunda, Pezeşkian Müctəba Xameneyi ilə təcili görüş tələb edib ki, ondan SEPAH-ın körfəz ölkələrinə hücumlarını dayandırmağı və təkrarlanmasının qarşısını almağı xahiş etsin.
Pezeşkian bu görüşdə vurğulamaq niyyətindədir ki, atəşkəs razılaşmasını xilas etmək üçün hələ qısa bir fürsət mövcuddur və o, beynəlxalq vasitəçilərə Tehranın yenidən danışıqlara qayıtmağa hazır olduğunu bildirmək imkanı əldə etməlidir.
Tehranda prezident aparatına yaxın mənbələr bildiriblər ki, Pezeşkian mümkün beynəlxalq reaksiyalardan ciddi şəkildə narahatdır və hesab edir ki, İran adlanan ölkə heç bir halda yeni və genişmiqyaslı müharibəyə daxil olmaq imkanına malik deyil.
O xəbərdarlıq edib ki, bu özbaşına hücumların davam etməsi ABŞ-nin İranın həyati əhəmiyyətli enerji obyektlərinə və iqtisadi infrastrukturuna ağır cavab zərbələri endirməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu, ölkənin tamamilə dağılmasına və insanların yaşayış şəraitinin geri dönməz şəkildə çökməsinə gətirib çıxarar.
Bu siyasi çıxılmaz vəziyyət fonunda müşahidəçilər hesab edirlər ki, müharibə meydanında ikili idarəetmə İranı intihar həddinə yaxınlaşdırır.