Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
10:28 | 29 avqust 2025 | Cümə
Məqaləyə 423 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
“Yox” demirlər, amma nəticə də yoxdur
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
“Ursa Major”un kimin batırdığı məlum deyil
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İranın nüvə proqramı ətrafında gərginlik artdıqca, Avropa üçlüyü Vyana Müqaviləsi çərçivəsində “snapbake”in işə salınmasını gündəmə gətirib. Bu mexanizm tam işə düşdükdə, BMT-nin İran əleyhinə sanksiyalarının avtomatik bərpasına səbəb olacaq. Buna qarşılıq olaraq, Rusiya açıq şəkildə bildirib ki, Təhlükəsizlik Şurası Avropanın tələbi əsasında İran əleyhinə hərəkət etməməlidir. Rusiyanın bu mövqeyi hüquqi əsaslardan daha çox geosiyasi və strateji məqsədlərə əsaslanır.
İran Rusiyanın Yaxın Şərqdə müttəfiqi sayılır və onların ABŞ-ın regiondakı təsirinə qarşı birgə mövqeyi Moskva üçün strateji əhəmiyyət daşıyır. Ona görə də beynəlxalq sanksiyaların bərpası İranı ciddi şəkildə zəiflədə və nəticədə Rusiyanın bölgədə manevr imkanlarını məhdudlaşdıra bilər.
Elə buna görə də Rusiya hüquqi əsaslandırmalar yerinə, özünün geopolitik maraqları əsasında “snapbake”ə qarşı çıxmağa çalışır, çünki Rusiya qorxur ki, İran məcbur olursa qərbin qucağına düşə bilər və o zaman Rusiyanın İran üzərindən Qərbə təzyiq imkanları zəifləyər bu isə o deməkdir ki, yeni regional güclər bölgədə yaranar və bu sürəc heç də Rusiyanın istədiyi deyil.
Rusiya həm də bilir ki, BMT-nin Təhlükəsizlik Şurası və onun çoxtərəfli mexanizmləri Moskvanın maraqlarından çox ABŞ və Avropanın təsiri altındadır və İran məsələsində Avropaya qarşı çıxmaq, Qərb rəhbərliyindəki beynəlxalq nizamı sınağa çəkmək kimi qəbul olunacaq.
Buna görə də Rusiya İranı ABŞ və Avropa ilə münasibətlərdə bir təzyiq kartı kimi istifadə edir və İranın terrorçuları dövlət səviyyəsində dəstəkləməklə bölgədə yaymağa çalışdığı böhranlardan öz xeyrinə istifadə edir. Bu anlamda İranın nüvə böhranı nə qədər mürəkkəbləşsə, Rusiya digər beynəlxalq məsələlərdə (məsələn, Ukrayna və ya özünə qarşı sanksiyalar) daha çox güzəşt və üstünlük qazana bilər.
Moskvanın “snapbake”ə qarşı çıxması digər güclərə də mesaj verir ki, Rusiyanın iştirakı olmadan heç bir böyük beynəlxalq böhran həll edilə bilməz. Bu mövqe Kremlin dünya səhnəsində əsas qərarverici mərkəzlərdən biri kimi mövqeyini möhkəmlətməsinə yardım edir.
Bir sözlə Rusiyanın İran əleyhinə “snapbake”in işə salınmasına qarşı çıxması hüquqi prinsiplərdən yox, siyasi və geosiyasi hesablamalardan irəli gəlir. Moskva bu mövqe ilə İranı regional “müttəfiq” kimi qorumağa çalışır və İrandan qərbə təzyiq vasitəsi kimi istifadə edir çünki, Rusiya İran məsələsindən istifadə etməklə özünün beynəlxalq hesablamalarında yararlanmaq və özünü əsas qlobal oyunçu kimi göstərməyə çalışır. Hal bu ki, artıq Rusiya getdikcə öz içindən çürüməyə başlayıb.
Mətini düzəlt və yazını bir tanınmış jurnalist kimi yaz.
Nəticədə, Rusiya İran əleyhinə “snapbake”in işə salınmasına hüquqi səbəblərdən yox, geosiyasi hesablamalardan irəli gələn strategiya əsasında qarşı çıxır. Moskva bu mövqe ilə həm İranı regional “müttəfiq” kimi qoruyur, həm də onu qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda, Rusiya bu siyasətlə özünün beynəlxalq mövqeyini gücləndirməyə və qlobal səhnədə əsas oyunçu kimi özünü göstərməyə çalışır amma öz içindən çürüməyə başlayan Rusiya bunu sürdürə bilməyəcək.