İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:28 | 15 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 687 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İran adlanan ölkənin ideoloji aparatına bağlı fiqurlardan biri olan Əli Əkbər Vilayəti yenidən beynəlxalq diplomatiya qaydalarını pozaraq, Azərbaycanın daxili və xarici siyasətinə qarşı qərəzli, müdaxiləçi və təhqiramiz bəyanatlarla çıxış edib. Öz daxilində illərdir etnik ayrı-seçkilik, ideoloji diktatura və daxili zorakılıq siyasətinə ortaq olmuş bu şəxsin müstəqil Azərbaycan dövləti haqqında danışması həm gülüncdür, həm də siyasi riyakarlığın açıq nümunəsidir.
Əli Əkbər Vilayətinin Pakistan rəsmiləri ilə görüşdə səsləndirdiyi ittihamlar, əslində, İran adlanan ölkənin regionda nüfuz itirməsinə görə yaşadığı dərin narahatlığın təzahürüdür. Fars-molla rejimi, Azərbaycanın İsrail, Türkiyə və Qərb ölkələri ilə apardığı müstəqil siyasətini qəbul edə bilmir.
Bir ayağı qəbirdə olan Xameneyinin müşaviri utanmadan deyir ki, “Azərbaycan İslam dünyasının baxışlarına zidd addımlar atır”. Maraqlıdır: İran adlanan ölkədə qadınlar başlarına örtük salmadıqları üçün küçələrdə döyülür, məktəblilər zəhərlənir, etnik türk, kürd, bəluç və ərəb millətləri sistematik təziqlərə məruz qalır və bütün bunlar İslam baxışı ilə uyğun gəlir? İslam adına yalnız öz maraqlarını və şovinist siyasətini qorumağa çalışan bu rejimin Azərbaycana dil uzatması, əslində, özü-özünü ifşa etməkdir.
Əli Əkbər Vilayəti və onun kimilər Azərbaycanın İsrail və ya digər ölkələrlə münasibətlərini tənqid edərkən, İran adlanan ölkənin Ermənistana silah daşımasından, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ona dron və texniki dəstək verməsindən niyə danışmırlar? Fələstinə yalançı dəstək bəyanatları verən bu rejim, Qarabağda müsəlman türkləri qətlə yetirən erməni silahlı birləşmələrinə illərlə yardım göstərmədimi?
Fars molla rejimi anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir. Onun kimlərlə necə əməkdaşlıq edəcəyinə nə Vilayəti, nə də İranda qərar verən məzhəbçi dairələr müdaxilə edə bilməz.
Vilayətinin bu cür danışıqları yalnız bir şeyi göstərir: İran adlanan ölkə regionda təklənir, siyasi iflasa uğrayır və Azərbaycan kimi müstəqil dövlətlərinin yüksəlişini acizliklə izləməyə məcbur qalır.
Əgər Əli Əkbər Vilayəti və onun təmsil etdiyi rejim gerçəkdən “İslam birliyi” və “məzlum millətlərin hüquqları” haqqında düşünürsə, ilk növbədə Güney Azərbaycandakı milyonlarla türkün ana dilində təhsil hüququnu tanısın, siyasi məhbuslara amnistiya versin və on illərdir fars irqçiliyi ilə tapdanan qeyri-fars millətlərə azad yaşamaq haqqı tanısın. Əks halda, onun dedikləri yalnız boş və mənasız ritorikadan başqa bir şey deyil.