Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
16:11 | 27 iyun 2025 | Cümə
Məqaləyə 457 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın iddiası təkzib olundu
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
İsrail ilə 12 günlük müharibədən sonra İran rejimi daxildə repressiyalara başladı. Saxta ittihamlarla edamlar həyata keçirilir.
İran və İsrail arasında baş vermiş 12 günlük müharibənin bitməsi və atəşkəsin elan olunmasının ardından İran daxilində gərginlik yeni bir mərhələyə qədəm qoyub. İran rejimi müharibə dövründə və sonrasında ölkə daxilində “xarici kəşfiyyatla əməkdaşlıq” ittihamı ilə genişmiqyaslı həbslər həyata keçirib və artıq bir neçə vətəndaş edam edilib.
İrəli sürülən ittihamlar
İran hakimiyyəti saxlanılan şəxsləri aşağıdakı ittihamlarla günahlandırır:
• İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əməkdaşlıq etmək;
• Müdafiə və nüvə obyektləri barədə məlumat toplamaq və ötürmək;
• Silah və partlayıcı qurğular hazırlamaq;
• İctimai sabitliyi pozmaq və “yer üzündə fəsad törətmək” (mofsedə-fel-arz).
Bu ittihamlarla 700-dən çox şəxs saxlanılıb, onlardan azı 6 nəfər edam cəzasına məhkum olunub, bəziləri isə artıq edam edilib. Edam olunanlar arasında Urmiya və Tehran həbsxanalarında saxlanılan şəxslər də var. Onlara qarşı ittihamların sübutları əsasən məcburi etiraflar və qapalı məhkəmə iclaslarının nəticələrinə əsaslanır.
Qapalı məhkəmələr və beynəlxalq narahatlıq
Məhkəmələr sürətlə və qapalı şəkildə keçirilib, saxlanılan şəxslərə müstəqil hüquqi müdafiə hüququ verilməyib. Beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Amnesty International”, bu məhkəmələri və edamları kəskin şəkildə qınayaraq, onların siyasi motivli olduğunu bildiriblər.
Rejimin məqsədi nədir?
• Müharibənin yaratdığı daxili narazılığı boğmağa;
• kütləni qorxu altında saxlamağa;
• Daxildə “xarici düşmənə işləyənlər” obrazını yaradaraq, diqqəti iqtisadi və sosial problemlərdən yayındırmağa çalışır.