
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
O adamlar ki, utanmadan “Güney Azərbaycanda “Yaşasın Azərbaycan!” deyənlər yalnız öz bölgələrini nəzərdə tuturlar, bunun bizə aidiyyəti yoxdur”, – deyənlər ya bu millətin tarixindən xəbərsizdirlər, ya da bilərəkdən bu mədəniyyətləri yaradan bu millətin birliyinə və kimliyinə qarşı çıxırlar.
Bəs soruşmaq lazımdır – bir ağızdan bir millət “Təbriz, Bakı, Ankara — biz hara, farslar hara?!” deyəndə, stadionlarda, küçələrdə ucalan üçrəngli bayrağa baxanda sizlər nə düşünürsünüz? O bayrağın da sizə heç bir aidiyyəti yoxdurmu? Bir millətin Azadlıq harayını boğmağa çalışmaqla heçmi utanmırsınız?!
Bilin və unutmayın – bu ucalan səsin arxasında bir millətin yaddaşı, ortaq dili, ortaq ruhu və tarixi dayanır. Siz “Yaşasın Azərbaycan!” harayını bölgə adı ilə məhdudlaşdırmağa çalışa bilərsiniz, amma onu vahid bir millətin ürəyindən silə bilməzsiniz.
Stadionlarda və yürüşlərdə qaldırılan o bayraq – sadəcə bir parça deyil, bir millətin varlıq mübarizəsinin təmsilçisidir. Amma sizlər bu bayrağa da utanmadan “bizə aid deyil” deyirsinizsə, o zaman bilin ki, siz milli deyil, fars şovinizmi ilə eyni düşünürsünüz.
Amma bilin ki, bir millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz.
Bu səs yüksələcək! Bu bayraq dalğalanacaq! Siz istəməsəniz də! Bu belə olacaq.