
Güneydə siyasi basqı
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
İranda fars-molla rejimin dəyişməsi millətçi şovinizmində sirayət etməyəcək. Yəni mollar gedəcək, yerlərinə qalstuklu əlibaltalılar gələcək. Bu bir fərziyyə deyil. Məsələn molla rejiminə müxalif, “demokrat” Həsən Şəriətmədarinin davranışı, yazdığı statuslar, rəylər və paylaşımlar bunun əyani sübutudur.
“Traktor” futbol komandasının son oyunu zamanı stadionda qaldırılan bir plakat bir neçə dəqiqəlik olsa da, İran rejiminin Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı planlaşdırılmış təxribatının bariz nümunəsi idi. Həmin plakatda rejimə bağlı qüvvələrin yazdığı “bölücü sizin nəslinizdi!” və “Yaşasın İran!” təxribatçı şüarı Güney Azərbaycan milli fəalların etirazına səbəb olmuş və dərhal bu təxribatın qarşısını alaraq plakatı onlardan alıb cırmışdılar. Çox təəssüf ki, özünü “demokrat” kimi təqdim edən Həsən Şəriətmədari bu açıq təxribatı dəstəkləyən mövqe ortaya qoymuş və həmin plakatın şəklini sosial şəbəkədə paylaşaraq milli hərəkatı “bölücü” kimi təqdim edərək fars molla rejiminin ritorikasını müdafiə edib.
Biz bilirik ki, rejim çox çalışır ki, Güney Azərbaycan milli hərəkatı içində parçalanma yaratsın və onu daha da dərinləşdirsin. Həsən Şəriətmədari kimiləri də özlərinə “demokrat” rejim müxalifi deyirlər amma Güney məsələsinə gəlincə elə rejimin vurduğu ittihamlarla milli hərəkata qarşı fəaliyyət aparırlar.
Əsas məqsəd Milli azadlıq hərəkatını gözdən salmaq, milli iradəmizi boğmaq və milli hüquqlardan danışanları “təhlükə” və “bölücü” kimi göstərməkdir.
Bu adamlar nə Güney Azərbaycan milli dərdini bilirlər, nə də azadlıq və hüquq anlayışının əsl mahiyyətini. Onlar fars şovinizmini “demokratiya” adı altında gizlədərək milli haqlara qarşı daha məkrli şəkildə mübarizə aparırlar.
Çox təəssüf ki, bəzi özünü Azərbaycanlı deyənlər də belə şəxsləri Güney Azərbaycan Milli Hərəkatı adına təbliğ edirlər. Bu isə milli hərəkatın, mahiyyətinə qarşı getməkdir. Biz bu cür maskalı simaları ifşa edirik ki, milli hərəkata qarşı oyun oynayanlar bilsinlər ki, bu hərəkatı saxta ittihamlarla susdura bilməzlər.
Həsən Şəriətmədari İran rejiminin müxalifəti kimi çıxış etsə də, məsələ Güney Azərbaycanın, yəni Türk millətinin milli hüquqlarına çatanda, ən sərt fars millətçisindən belə daha radikal mövqe tutur. O, özünü demokrat kimi təqdim etsə də, əslində bu, yalnız görüntüdür – içərisində gizli bir fars şovinizmi yatır.
Əgər bir insan doğrudan da demokratiyaya inanırsa, millətlərin öz müqəddəratını təyin etmə haqqına da hörmət etməlidir.
Bir millətin azadlıq, dil, mədəniyyət və siyasi gələcəyi ilə bağlı iradəsini “təhlükə” və ya “bölücü” kimi təqdim etmək, nə hüquqi, nə də əxlaqi baxımdan doğru deyil.
Bu kimi yanaşmalar sübut edir ki, bəzi fars-molla rejiminə “müxalifətçi”lər üçün əsas problem rejimin dəyişməsi deyil, rejimi eyni fars mərkəzli ideologiya ilə yenidən dizayn etməkdir. Həqiqi demokrat olmaq üçün ilk növbədə millətlərin milli-mədəni və siyasi kimliyinə, hüquqlarına və iradəsinə hörmət etmək lazımdır.
Güney Azərbaycanda yüksələn milli-azadlıq və demokratik mübarizəyə qarşı bu cür münasibət, həm rejim tərəfdarlarının, həm də bəzi müxalif “reformistlərin” birləşdiyi ortaq antitürk mövqeyin açıq göstəricisidir.