İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
14:37 | 21 iyun 2025 | Şənbə
Məqaləyə 428 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Bir zamanlar, Yaxın Şərqin qəlbində, duaların səmaya yox, bunkerin tavanına dəyib geri qayıtdığı bir məkanda, Əli Xameneyi adlı bir zat var idi. O, fars-şiə şuubiliyin ən uca mərtəbəsində oturmuşdu – əllərində hökmlər, dilində fitvalar, ürəyində isə dünyaya qarşı min illik kin yığmışdı.
O, sadə bir rəhbər deyildi. O, insanlar tərəfindən seçilməmiş, amma özünü göydən endirilmiş kimi təqdim edən bir yaramaz məxluq idi.
Fars Ayətullahları onu İmam Zamanın səsi, “mehdiliyin yardımçısı”, “Qiyamətə qədər rəhbər” elan etmişdilər.
Lakin bir gün, göydən “F-35”, “Jericho”, “Tamir” adlı dəmir qanadlı mələklər gəldi. Həmin mələklər göyü yara-yara, Tehranın üstünü bürüdü. Fars ayətullahı isə qorxudan duaları tərk edib bunkerə sığındı.
Yeraltı sığınacaq indi onun siyasi minbəri, teokratik mağarası olmuşdu.
Beləliklə yeni bir əfsanə yarandı:
“Ayətullah yerin altına çəkildi, çünki raketlərə qarşı dua kifayət etmədi.”
Fars-şiə mollaları bunu belə yozdular:
• “Bu, Qeybə çəkilmə ayinidir. O, Mehdi kimi bir gün çıxacaq”.
• “Əli Xameneyi indi yerin altındakı Nur otağında Amerika ilə psixoloji müharibə aparır”.
• “Bu, farsçılığın dərin dövlət mərhələsidir”.
Lakin insanlar isə belə deyirdi: “Bu necə bir dini rəhbərdir ki, yerin altından fitva verir?
Belə gedərsə o, təhlükə keçənə qədər orada qalacaq – bəlkə də sonsuza qədər”.
Əfsanənin sonu yoxdur, çünki hələ də o yeraltı kürsüsündə oturur. Mehdi də gəlməyib. Raketlər də getməyib. Amma bunkerin içi isti, təmiz və “Wi-Fi”ı var.