İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
07:11 | 12 sentyabr 2025 | Cümə
Məqaləyə 884 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani dövlət televiziyasında çıxışı zamanı ölkənin nüvə siyasətinə dair qalmaqallı açıqlama verib.
O, verilişin aparıcısının sualını cavablandırarkən İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (Nuclear Non-Proliferation Treaty – NPT) çıxmadan da nüvə silahı əldə etməyi düşünməli olduğunu bildirib. Deputatın sözlərinə görə, ölkə bu sahədə artıq çoxlu xərclər çəkib və buna görə də nüvə bomba istehsalı zərurətə çevrilib.
“Mən NPT-dən çıxmağın yox, gizli şəkildə atom bombası yaratmağın tərəfdarıyam. Biz bunu çoxdan etməli idik,” – deyə, Ərdəstani İranın dövlət televiziyasına müsahibəsində qeyd edib. O, bildirib ki, “Tehran artıq buna görə ağır bədəl ödəyib".
Ərdəstani hesab edir ki, İranın müqavilədən çıxması Qərb dövlətləri tərəfindən açıq şəkildə bomba istehsalına yönəlik addım kimi qiymətləndiriləcək. Onun fikrincə, buna görə də ən doğru yol müqavilədən çıxmadan bu işi səssiz və planlı şəkildə aparmaqdır.
İran mətbuatında və beynəlxalq analitik qurumların hesabatlarında dəfələrlə bu ölkənin nüvə proqramı ilə bağlı suallar gündəmə gətirilib, lakin Tehran həmişə öz fəaliyyətini dinc məqsədlərlə əsaslandırıb. Bununla belə, deputatın son açıqlamaları ölkə daxilində mövcud nüvə siyasətinin sərtləşməsi və gizli planların mümkünlüyü barədə müzakirələri yenidən alovlandırıb.
İran rəhbərliyi uzun illərdir nüvə silahı istehsal etmək niyyətində olmadığını bəyan etsə də, parlament üzvünün dilindən səslənən bu açıqlamalar həm region ölkələrində, həm də Qərbdə ciddi narahatlıq doğurub. ABŞ və Avropa dövlətləri dəfələrlə bildiriblər ki, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə və yeni gərginlik ocaqları yarada bilər.
Bəxşayeşin açıqlaması həmçinin beynəlxalq müşahidəçilər tərəfindən ölkə daxilində siyasi dairələrin mövcud vəziyyətə fərqli yanaşmalarının göstəricisi kimi dəyərləndirilir. Deputatın sözləri İranın nüvə proqramı ətrafında onsuz da gərgin olan müzakirələrə yeni suallar əlavə edib və yaxın günlərdə rəsmi Tehranın bu mövzuya dair münasibət bildirməsi gözlənilir.