
Komanda yoldaşı ilə sərt rəqabət
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Yalnız “McLaren” komandasının sürücülərinin mübarizəsi yarışlara rəng qatacaq
Almanların sevimli maşını müəyyənləşib
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
“Mercedes” “GLC SUV” istehsalını Almaniyadan ABŞ-a köçürür
“Volkswagen” və “Mercedes”dən sonra “BMW” də tənəzzüldədir
Əlbəttə, 75 il əvvəl belə bir avtodromda dünyaya gələn səbəbkar özünü başqa cür təbrik edə bilməzdi - yağış, strategiya, qələbəni əldən verən gözlənilməz xəta və onların hamısından da maraqlı podium! Bir neçə yarışa bəs edəcək “action”!
Lando Norris komanda yoldaşı tərəfindən ona verilən hədiyyəni böyük məmnuniyyətlə qəbul elədi. Kim eləməzdi ki? Ona lazım olan, sadəcə komanda yoldaşının tempində yarışa davam etmək və pitdən sonra liderliyi ələ almaq idi. Lando da bu işin öhdəsindən lazımınca gəldi. Yekunda mövsümdə 4-cü, karyerasında isə 8-ci qələbə və ilk ev qalibiyyəti. Britaniyada yerli komandanın yerli sürücüsü qələbə qazandı!
Oskar Piastri isə növbəti qələbəsinə gedərkən özü-özünə badalaq gəldi – təhlükəsizlik maşınının arxasında heç bir əsas olmadan sərt əyləcləmə ona baha başa gəldi. Deyə bilmərəm ki, eyni addımı Norris və ya digər britaniyalı sürücü atsaydı, cərimə alardımı? Amma fakt budur ki, Oskar cəza almalıydı və aldı da. İstənilən halda, mövsümdə 10-cu podiumu (karyerasında 20-ci) komandası üçün mövsümdə 5-ci, tarixdə isə 54-cü (“Mercedes”ə çatmağa 6 qaldı) qələbə dubluna çevrildi!
Günün qəhrəmanı isə Niko Hülkenberq oldu – almaniyalı sürücü start aldığı 239-cu yarışda ilk dəfə podiuma qalxdı. Dəfələrlə podiumun bir addımlığında dayanmışdı, dəfələrlə podium uğrunda mübarizədə uduzmuşdu, amma bu gün ulduzlar onun xeyrinə düzülmüşdülər. Niko Hülkenberq daha podiumsuz ən çox yarış keçirən sürücü deyil – bu ad yenidən onun həmyerlisi Adrian Zutilə qayıtdı. Niko hər şeyi düzgün və vaxtında elədi, arxasında isə mövsümdə ilk podiumunu qazanmaq istəyən yerli sürücünü saxladı.
Əlbəttə, Pyer Qaslini də, Ləns Strolu da xüsusi qeyd etmək lazımdır.
Bizi isə düz 3 həftədən sonra möhtəşəm Spa gözləyir!