vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİGƏR NÖVLƏR  
“McLaren” hər iki iddialıdır 19:18 | 1 iyun 2025 | Bazar Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“McLaren” hər iki iddialıdır

8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniya yarışı həm qüvvələr nisbəti, həm də mövsümün taleyi barədə müzakirələrə yekun vurmalı idi. Artıq qəti şəkildə demək olar ki, Mühəndislər Kubokunu “McLaren” komandası qazanacaq, titul uğrunda mübarizə isə komandanın sürücüləri arasında gedəcək...

Oskar Piastri ondan asılı olan əsas məsələni startda həll etdi – birinci döngəyə lider qismində girdi. Bundan sonra sadəcə vəziyyətə nəzarət etmək lazım idi. Dövrəvi sürücülərin ötməsi zamanı komanda yoldaşının ona yaxınlaşması da, restartın özü də nəzarət altında idi. Yekunda avstraliyalı sürücü karyerasında 7-ci, mövsümdə isə 5-ci qələbəsinə sevindi. Ardıcıl 8-ci podiumu və 2-ci het-triki sayəsində Oskar komanda yoldaşı üzərində fərqi bir qədər artırdı.

Lando Norris startda yenə də mövqe itirdi və qələbənin taleyində həlledici məqam məhz bu oldu. Rəqibdən fərqli olaraq hər iki “McLaren” sürücüsü təzə “Soft”la start almışdı, ona görə də 13-cü dövrədə Lando 2-ci yerə yüksələ bildi, amma bu an Oskar kifayət qədər uzaqlaşmışdı. Əvvəlcə dövrəvi sürücülər sayəsində, daha sonra isə Təhlükəsizlik Maşını sayəsində komanda yoldaşı ilə fərqi azaltsa da, real hücum cəhdi belə olmadı. Ona görə britaniyalı sürücü sadəcə komandasına mövsümdə 3-cü qələbə dublunu (tarixdə 52-ci) qazandırdı.

Şarl Lekler isə yarışda sadəcə boksdan əmrlə komanda yoldaşını keçməyi ilə ekranlara gəlmişdi və podium uğrunda mübarizədə ehtiyatda qırmızı təkərin olması sayəsində mövsümdə 3-cü uğurunu qazandı. Komandanın əmrini də uğurlu hesab etmək olmaz, çünki gec qəbul olunmuş qərar idi. Bu podium sayəsində “Ferrari” Mühəndislər Kubokunda 2-ci yerə yüksəldi. Keçən il qələbə uğrunda mübarizə aparan komanda 9 yarışdan sonra liderə 200 xal uduzur...

Günün qəhrəmanı isə Niko Hülkenberqdir – almaniyalı sürücü Peletonun ən zəif maşını ilə yüksək 5-ci yeri tutdu. Sadəcə - BRAVO! Fernando Alonso isə, nəhayət, doğma vətənində mövsümün ilk xallarını qazandı.

Mübarizə isə iki həftədən sonra uzaq Kanadada davam edəcək...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)