vaxtlı-vaxtında oxuyun! Bazar, 20 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DİGƏR NÖVLƏR  
Favorit üçlü ... 23:45 | 19 aprel 2025 | Şənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Favorit üçlü ...

Poulu əldən verən kiçik səhvlər ...

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə bir mövsüm görmək arzulamırdınız? İstəmirdiniz ki, əlində zəif maşını olan sürücü poullar və qələbələr qazansın? İndi elə bir maşınımız da var, poullar qazanan sürücümüz də...

Əlbəttə, söhbət Maks Verstappendən gedir. Şəhər traslarında vacibdir ki, heç bir səhvə yol verməyəsən - trasın əl yaxınlığında yerləşən divarları, təhlükəsizlik baryerləri belə səhvləri bağışlamırlar. Ona görə də Maksın bir daha ustalığına şahidlik etdik. Adam əlində olan maşının sadəcə sıxıb suyunu çıxarır – yekunda mindəbirlərlə poul qazanır. Düzdür, 3 DRS zonası olan bir trasda arxadakı sürətli maşınlardan müdafiə olunmaq çox çətin bir işdir, amma Ciddədə ötmək heç də asan deyil – görək bazar günü yarışda nə oyun çıxaracaq. Qələbə şansını isə 33 faiz dəyərləndirmək olar.

Oskar Piastri sessiyadan sonra qeyd etdi ki, dövrəsi ideal olub və bundan yaxşı dövrə vurmağa cəhd etsəydi, yəqin ki, divarda olardı (çox güman ki, komanda yoldaşına işarə edib). Amma artıq neçənci dəfədir ki, hər döngədə yol verdiyi kiçik səhvlər sonda poulun əldən getməsinə səbəb olur. Amma maşının yarışda tempi yüksəkdir, təkərlərə qənaəti daha yaxşıdır, sabah startda mövqeyini qoruya bilsə, pit stop strategiyasında liderliyi ələ ala bilər. İstənilən halda qələbə şansını, hətta Maksdan yüksək dəyərləndirirəm – 34 faiz.

Corc Rassell ənənəvi olaraq çox stabil sürücü kimi yetişdiyini bir daha nümayiş etdirdi – yenə də ilk üçlükdədir və sabah yarışı podiumda başa vurmaq şansı da olduqca yüksəkdir. Start mövqeyi də uğurludur – daha təmiz yerdən start alacaq. Əgər startda Oskarı keçə bilsə, Maksın tempinə yaxın olsa, onda komanda yoldaşının hesabına qələbəyə də oynaya bilər. Qələbə şansı isə 32 faiz olsun.

Digər sürücülərdən isə Karlos Saynsı, Pyer Qaslini xüsusi qeyd etmək lazımdır – ümid edək ki, bu dəfə Sayns sağ-salamat finişə çata biləcək.

Bizi isə bazar günü axşam maraqlı start və maraqlı (?) yarış gözləyir, ona görə də hamınızı saat 20:55-dən etibarən İDMAN TV-nin efirində yayımlanacaq yarışı CANLI izləməyə çağırıram...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)