
“McLaren” hər iki iddialıdır
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Yarış boyu liderliyi qorudu
“Formula 1” Avropaya qayıtdı, özü də necə qayıtdı. İlk yarış, ilk döngələrdən mübarizə, ötmələrin çətin olduğu bir trasda son dövrəyədək mübarizə gördük.
Yarışın taleyi isə yenə startda həll olundu – Maks Verstappenin Tamburello döngəsində manevri kənardan yarışa baxan Sennanın heykəlini belə ayağa qaldırdı. Bəlkə də ilin ötməsi sayılacaq, düzdür, adətən ilk dövrədə ötmələrə mükafat verilmir, amma bu, o ötmələrdən deyildi. Bundan sonra Maks sadəcə vəziyyətə nəzarət etdi. Hətta rəqiblərin erkən pit stoplarına belə reaksiya verilmədi, çünki komandanın özünün qəti planı var idi. Birinci Təhlükəsizlik Maşını (TM) onun üstünlüyünü artırmışdısa, ikinci neytrallaşdırdı. Amma bu gün Maks fərqli liqada idi. Yekunda mövsümün 2-ci, karyerasının isə 65-ci qələbəsi gəldi.
Lando Norris startda irəliləyə bilmədi və rəqibinin arxasında ciddi vaxt itirib təkərləri öldürdükdən sonra komanda onu erkən pitə çağırmadı, daha doğrusu, Lando özü getmədi. Maksla eyni strategiyada qalmağa üstünlük verdi. Amma bir dövrə tez getməyi ilə, əksinə geri düşdü – virtual da olsa, TM onu Maksdan xeyli ayırdı. Amma ikinci TM-də artıq yeni təkərə keçməsi ilə üstünlük qazandı və finişdə ikinciliyi özünə təmin etdi. Çoxdandır komanda yoldaşını trasda üstələmirdi – maraqlıdır ki, Maksın qələbə qazandığı Suzukada da eyni podiumu izləmişdik.
Oskar Piastri stratda Maksı, TM-lərdən sonra isə komanda yoldaşını irəli buraxmalı oldu. Amma minimum proqramı yerinə yetirdi – daha bir podium və çempionatda liderliyi hələ davam edir. Yeri gəlmişkən, erkən pitdən sonra Oskar alternativ strategiyada idi, ona görə də bütün peletonu ötməklə məşğul idi.
Xüsusən bu gün “Ferrari”nin strateqlərini qeyd etmək lazımdır ki, hər iki sürücü üçün əvvəldən fərqli taktiki gediş düşünmüşdülər və reallaşdırdılar. Düzdür, birinci TM planları bir az pozsa da, 2-ci TM-ə düzgün reaksiya verildi. Amma stüardlar Leklerin aşkar qayda pozuntusunu cəzalandırmadılar...
Elə Albonu da xüsusi qeyd etmək lazımdır ki, normalda Lekler onu trasdan çıxarmasa idi, 4-cü yer onun idi, hələ çalışsa Oskara da tez çata bilərdi, amma keçməsi artıq başqa əhvalatdır.
Günün ən bəxtsiz sürücüsü isə elə Alonso idi, amma günün sürücüsü Lyuis Hamilton seçilməli idi.
Biz isə artıq Monakodayıq...