vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
Azərbaycan futbolunun “Sabah”ı 11:08 | 23 aprel 2026 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan futbolunun “Sabah”ı

Yaxud “Qarabağ” həddən artıq yüksək tempə və gərgin qrafikə tab gətirmədi

Atəş SULTANOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Simvolu bayquş olan “Sabah” klubunun Premyer Liqanın damına səssiz qonması da futbolumuzun şəriksiz ağasına çevrilmiş Qurban Qurbanov və komandası üçün bədbəxtliyin müjdəsi imiş. Bu mövsüm “bayquşlar” Ağdam klubunun əsl lənətinə çevrildilər. Onların yüksəlişi “Qarabağ”ın çöküşünün rəmzinə çevrildi.

...Dambrauskasın “Qarabağ”la oyunlarda etdiyi əvəzetmələr, Qurbanovun illərdir etdiyi standart və vərdiş etdiyimiz əvəzetmələrin fonunda həddən artıq nəzərə çarpırdı. Qurbanovun əvəzetmələrini orta statistik azarkeş asanlıqla proqnoz verdiyi halda, Dambrauskas hər oyunun gedişinə və mahiyyətinə uyğun dəyişiklik edərək nəticəyə təsir etməyi bacarırdı.

...“Sabah”la kubokun yarımfinal oyununun sonunda bəlkə də hakim penalti verə bilərdi. Bu elə bir epizod idi ki, “Qarabağ” azarkeşləri üçün penalti idi, “Sabah” azarkeşləri üçünsə yox və hər iki tərəf də arqument tapa bilərdi. Amma gəlin etiraf edək ki, Koxalski meydandan qovulduqdan sonra Qurbanovun komandası oyunda dar ağacına aparılan məğrur məhkuma bənzəyirdi. Başını qaldırıb şəstlə ətrafa baxır, keçmiş əzəmətinə güvənmək istəyir, amma işinin çətin olduğunu anlayırdı.

...“Qarabağ” rəqibin o sürətli hücumunu buraxanda, Koxalskini qurban verəndə artıq uduzmuşdu. “Qarabağ” sağda, mərkəzdə Maludanın qarşısında aciz qalanda və buna qarşı immunitet yoxluğu yaşayanda uduzmuşdu, “Qarabağ” Maludanın iki “Qarabağ”lını uşaq kimi aldadıb keçərək qol epizodu yaradanda uduzmuşdu. Və ən nəhayət, “Qarabağ” mövsümə başlayanda artıq uduzmuşdu. Niyə?

...Əvvəllər həddən artıq ərköyün Elvin Cəfərquliyevlə, əvəzedici kimi heyəti gücləndirə bilməyən Abbas Hüseynov, Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyevlə, həddən artıq yüksək tempə və gərgin qrafikə tab gətirməyən 35 yaşlı “qoca” Abdullah Zubirlə Avropada bir yerə qədər gedib, ölkədə rahatca çempion olmaq mümkün idi. Amma azacıq rəqabət yaranan kimi bu mümkün olmadı və bunu əvvəlcədən görməmək strateji yanlışlıqdır, səhvdir və sayıqlığın, reallıq hissinin itirilməsi deməkdir. Tarix boyu imperatorlar məhz bu səbəbdən taxt-taclarını itirmişlər. 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)