İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:56 | 23 aprel 2026 | Cümə axşamı
Məqaləyə 206 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Yaxın Şərqdə davam edən müharibənin səkkizinci həftəsində Hörmüz boğazı ətrafında vəziyyət daha da kəskinləşib. İran qüvvələrinin ticarət gəmilərinə atəş açaraq ən azı iki gəmini ələ keçirməsi nəticəsində dünyanın ən vacib dəniz ticarət marşrutlarından birində hərəkət faktiki olaraq dayanıb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən boğazda kommersiya gəmilərinin hərəkəti demək olar ki, tam dayandırılıb. Müharibə başlayandan bəri ilk dəfə qeydə alınan bu hadisə zamanı İran dəniz qüvvələri ticarət gəmilərinə atəş açdıqdan sonra iki gəminin üzərinə çıxaraq onları nəzarətə götürüb.
Bildirilir ki, konteyner gəmisi “MSC Francesca” və quru yük gəmisi “Epaminondas” İran qüvvələri tərəfindən ələ keçirilib.
Məlumata əsasən, “Epaminondas” gəmisinin Geşm Adası istiqamətinə çəkildiyi müşahidə olunub, “MSC Francesca” gəmisinin isə siqnal izlənməsi kəsilib.
Boğazda hərəkətdə olan yeganə gəminin Yunanıstanın “LB Energy” şirkətinə məxsus “Ocean Jewel” adlı tanker isə hücumlardan sonra hərəkəti dayandıraraq gözləmə mövqeyinə keçdiyi bildirilib.