
“Football Meets Data”nın “Qalatasaray” təxmini
İlk 8-ə düşmək möcüzə olar
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Bilbao səfərinə sözardı
“Qalatasaray”a təklif gəlir
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Çempionlar Liqasının yayımlamaq tenderini yenidən araşdırır
Milli futbolçu üzr istədi: “Əsas “Qalatasaray”dır”
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
“Qarabağ”ın çox naşükür izləyiciləri var. Azarkeş yox ha, izləyici. Hay-küyə düşüb, futbola baxanlar. Qələbənin, yaxşı günün “dost”ları.
Düşüblər, 21 yaşlı bir gəncin üstünə. Hara baxırsan Nəriman Axundzadə linç edilir. Sanki ölkə futbolunun tək problemi bu gənc dostumuz olub. Amanın günüdür, Toral pis oynaya, Bəhlul səhv edə, Elvin yaxşı pas verməyə. Düşürlər, öz millətimizin üstünə. Söyüş, təhqir, linç səviyyəsində tənqid.
Belə yanaşma, belə dəstək olan yerdə ölkədən futbolçu çıxmaz. Ölkə futbolu bu yerlərə müstəqillik tariximizdə ilk dəfə gəlib. Növbəti 10 ildə də gəlməz. Gətirsə də “Qarabağ” gətirər.
Bu səviyyədə, bu yerlərdə mənim yerli oyunçularım səhv edib, oynayıb, təcrübə qazanmayacaqsa, daha nə oldu? Nə inkişaf gözləyək?
Bəli, dünən hətta balaca uşaq da gördü ki, Axundzadə çox pis oynadı. Digər oyunlarda yaxşı etdiyi pressinqi də edə bilmədi. Olsun, zədədən qayıdıb. Canı sağ olsun. Nəriman Axundzadə pis oyunçu deyil. Onu belə asıb-kəsmək, alçaltmaq bizə zərər verər.
Bəzi izləyicilər elə yanaşma ortaya qoyur ki, “Barcelona”, “Real Madrid”in belə bəzən xal almaqda çətinlik çəkdiyi səfərdən 80 milyonluq Niko Uilliyamsın qarşısına çıxardığımız Axundzadə dubl etməli idi.
Tənqid olar. Bu, hər kəsin azad fikridir. Vaxtaşırı mən də oyunçuları, məşqçini, klub rəhbərliyini tənqid edirəm. Amma bunu sosial işgəncə halına gətirmək, kluba və milli oyunçularımıza hörmətsizlikdir.