vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
STOLÜSTÜ  
Süni intellektlərin zəka yarışması 15:19 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni intellektlərin zəka yarışması

Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Aparıcı süni intellekt sistemləri arasında növünün ilk nümunəsi olan şahmat turnirində Sem Altmanın süni intellekt modeli “OpenAI”, İlon Maskın “Grok”unu məğlub etdi.

Avqustun 7-də keçirilən “Kaggle” Süni İntellekt Yarmarkası Turnirinin finalında “OpenAI”ın “o3” modeli, “xAI”ın “Grok 4”ünü 4–0 hesabı ilə təmiz qələbə ilə üstələdi. Hər iki model finala “Anthropic”, “DeepSeek”, “Google” və “Moonshot AI”dan rəqiblərini məğlub edərək yüksəlmişdi.

On il əvvəl Altman və Maskın “OpenAI”ı birlikdə qurmasından sonra Maskın ayrılıb rəqib süni intellekt şirkəti “xAI”ı yaratması səbəbindən bu qarşılaşma şəxsi əhəmiyyət daşıyırdı.

Sonradan münasibətləri pozulan və artıq “OpenAI”ın baş icraçı direktoru olan Altman, Maskın “ChatGPT”nin yaradıcısını almaq cəhdinin uğursuzluğa düçar olmasından sonra keçmiş dostunu “zorba” adlandırır.

“Grok 4”ün şahmatdakı çıxışı barədə Mask, modelin bu bacarığının bir “yan təsir” olduğunu dedi. “X”də ““xAI” demək olar ki, heç şaha (şahmata) əmək sərf etməyib”, – yazdı.

“IBM”in “Deep Blue” superkompüteri 1997-ci ildə 6 oyunluq matçda dövrün dünya çempionu Qarri Kasparovu məğlub etdiyindən bəri kompüterlər şahmatda ən yaxşı insanları belə üstələmək gücünə sahibdir. “Google”ın “DeepMind”ı o vaxtdan bəri şahmat və “Go” kimi digər oyunları insanüstü səviyyədə oynamayı öz-özünə öyrənə bilən süni intellekt proqramları hazırlayır.

Bu, “OpenAI”ın “ChatGPT”ni 2022-ci ildə istifadəyə verməsindən bəri populyarlaşan ümumi məqsədli böyük dil modellərini (GDM-lər) sınaqdan keçirən ilk böyük turnir idi.

“Take Take Take”in baş direktoru və həmtəsisçisi Mats Andre Kristiansen “The Independent”a, – “Kasparov və “Deep Blue” 90-larda böyük hadisə idi… Bu turnirdə vacib olan, bu məhsulların necə düşündüyü və məntiq yürütməsi barədə daha çox şey öyrənməkdir”, – deyib.

Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsen iyulda keçirilən onlayn partiyada “ChatGPT”ni bircə fiqur belə itirmədən məğlub etmişdi.

“Grok” və o3 arasındakı finalı şərh edən Karlsen, “Grok”un reytinqinin təxminən 800, “OpenAI” modelinin isə 1200 civarında olduğunu güman etdi. Müqayisə üçün, Karlsenin ən yüksək göstəricisi 2882-dir. “X”də bir istifadəçinin birbaşa sualına cavabında isə o, “Grok”un reytinqinin 1600–1800 aralığında ola biləcəyini ehtimal etdiyini bildirdi.