vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
“Həm faydalıdır, həm də “qısa yol”” 15:22 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həm faydalıdır, həm də “qısa yol””

Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”

Orxan MİRZƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Oxford Universitetinin yeni araşdırması göstərir ki, Britaniyada tələbələrin 80%-i süni intellekti dərslərində müntəzəm istifadə etsə də, bu texnologiyanın yaradıcılıqlarını məhdudlaşdırdığını və öyrənmə qabiliyyətlərinə mənfi təsir etdiyini düşünür.

Araşdırmaya görə, 13–18 yaş arası tələbələrin yalnız 2%-i Süni intellektdən istifadə etmir, 80%-i isə müntəzəm istifadə edir. Lakin iştirakçıların 62%-i AI-nin öyrənmə və şəxsi inkişaflarına mənfi təsir etdiyini bildirib. Hər dörd tələbədən biri Süni intellektin düzgün düşünmə prosesini “çox asanlaşdırdığını” deyir.

Tələbələrin 12%-i Süni intellektin yaradıcılıq bacarıqlarını məhdudlaşdırdığını, eyni faizdə olanlar isə problem həll etmə və yaradıcı yazı yazmaq istəklərinin azaldığını qeyd edib. Ekspertləri isə bildirir ki, tələbələr texnologiyanın rolunu dərk edir və “kopyalamağı təşviq etdiyini” başa düşürlər.

Araşdırmaya qatılan tələbələrin yarısı Süni intellektdən gizlicə istifadə edən həmkarlarının olduğunu düşünür. Çoxları süni intellektin düzgün istifadəsi və nəticələrin qiymətləndirilməsi üçün müəllimlərdən daha çox rəhbərlik istəyir. “Oxford” Universiteti buna cavab olaraq süni intellektin məsuliyyətli istifadəsini təşviq edən “Süni intellekt Tədris Mərkəzi” yaratmağı planlaşdırır.

Birmingemdəki “Bishop Vesey’s Grammar School”un müdir müavini bildirir ki, tələbələr Süni intellektin dəyərini qəbul etsələr də, çox vaxt onu öyrənmə aləti deyil, qısa yol kimi istifadə edirlər. Buna baxmayaraq, 31%-i Süni intellektin bacarıqlara mənfi təsir etmədiyini, 18%-i problemləri daha yaxşı başa düşməyə, 15%-i isə yeni və daha yaxşı fikirlər yaratmağa kömək etdiyini deyir.

Məsələn, bir qız tələbə “Riyaziyyatı daha yaxşı başa düşürəm və çətin məsələləri həll edirəm”, 14 yaşlı oğlan isə “daha sürətli düşünürəm”, – deyə bildirib.