
Oyun kartı, yoxsa – Süni intellekt
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Oğlumuzu intihara təşviq etdi”
“Pixel 10” ilə süni intellekt yarışında sürəti artırır
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Müalicəsi həftələrlə davam etdi
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
“Cloudflare” rəsmisi “Perplexity” şirkətini Şimali Koreyalı hakerlərə bənzədib
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
Ultra zənginlər daha uzun yaşamanın yollarını axtarır. Son 25 ildə yaşam müddətini uzatmaq üçün 5 milyard dollardan çox yatırım edən milyarderlər, elm sahəsində rəqabətə girib.
ABŞ-ın “Wall Street Journal”ın (WSJ) qlobal maliyyə məlumatları təqdim edən “PitchBook” platformasındakı uzunömürlü yatırım anlaşmaları, açıq şirkətlərin açıqlamaları və tənzimləyici qurumlara təqdim olunan sənədlərin analizi bu gerçəyi ortaya qoydu.
Silikon Vadisi nəhəngləri Piter Til, Sem Altman, Yuri Milner və Mark Andresen, uzunömür sənayesinə yatırım axınının arxasındakı cəsur isimlər arasında yer alır.
“WSJ”nin analizinə görə, Piter Tilin uzun yaşama axtarışı, bəziləri onun şirkəti tərəfindən, bəziləri isə onun dəstəklədiyi qeyri-kommersiya fondları tərəfindən maliyyələşdirilən və 700 milyon dollardan çox vəsait toplayan 10-dan çox şirkəti əhatə edir.
Onlar və digər zəngin investorlar bir zamanlar akademik mövzu olan bu sahəni mədəni əsas axına gətirməyə kömək ediblər. Bir çox şirkət nəhayət uğursuz olur, amma ultra zənginlər və digər maraqlılar nəyə yatırım edəcəklərinə və nəyi seçəcəklərinə qərar vermək üçün paranın və elmin peşindən gedirlər.
Hüceyrələri gəncləşdirmək üçün 3 milyard dollar
“WSJ”nin məlumatına görə, bu şəxsi əlaqələr və ehtiraslar nəticəsində ən zəngin investorlar böyük miqdarda vəsait axını yaradır.
“Armstrong”un “NewLimit” üçün fond toplama fəaliyyəti may ayında 130 milyon dollarlıq turu da əhatə edir. Şirkətin investorları arasında milyarderlər Xosla və Piter Tilin fondları da var.
2022-ci ildə qurulan “Altos”, hüceyrələri gəncləşdirmək üçün “texnologiya” inkişaf etdirmək məqsədilə “WSJ”nin müəyyən etdiyi şirkətlər arasında ən yüksək məbləğ olan 3 milyard dollar topladı.
“Diamandis”in “BOLD Capital” tərəfindən dəstəklənən Süni intellekt (“AI”) dərman kəşf şirkəti “Insilico Medicine” yaşa bağlı bir çox xəstəliyi müalicə etmək üçün 500 milyon dollardan çox vəsait toplayıb.
Yaşlanma xəstəliklərini müalicə etmək üçün dərmanlar inkişaf etdirən digər bir şirkət “BioAge Labs”, “Khosla Ventures” və “Andreessen”in “a16z” fonlarının yatırımları da daxil olmaqla, 559 milyon dollara çatdı.
“BioAgein” CEO-su Kristen Fortni, Stanford laboratoriyasında və “Betts-LaCroix” tərəfindən idarə olunan uzun ömür həvəskarları üçün təşkil olunan salonda araşdırmaları ilə maraqlanan investorlarla görüşdü. “BioAge” 2024-cü ildə “Obezite” dərmanı və digər proqramları inkişaf etdirmək üçün fond topladı. “Obezite” dərmanının sınağı, təhlükəsizlik narahatlıqları səbəbindən həmin ilin sonrakı aylarında dayandırıldı. “BioAge” bu il fərqli bir “Obezite” dərmanının yeni sınağını başlatdı.
“Bir çox insan artıq 100 yaşını keçib və sağlamdır. O zaman niyə bu hər birimiz üçün mümkün olmasın?”, – deyə Fortni bildirib.
Bu anlayış yayılıb və investorları hərəkətə gətirməyə kömək edir. “WSJ”nin hesablamalarına görə, uzun ömür şirkətləri üçün orta fond toplama turu son on ildə 20%-dən çox artaraq bu il təxminən 43 milyon dollara çatıb.
Uzun ömür sahəsinə axın edən ultra zənginlərin çoxu son dərəcə şəxsi səbəblərlə hərəkət edir.
“70 yaşında birisi 40 kimi hiss etməlidir”
Navin Jayn (Naveen Jain) atasının pankreas xərçəngindən ölməsinin onu “Viome Life Sciences” şirkətini qurmağa təşviq etdiyini bildirir. “Viome” evdə edilə bilən sağlamlıq testləri satır və məlumatları analiz edərək fərdi qidalanma və əlavələr barədə tövsiyələr verir. Navin Jayn “Viome”yə öz cibindən 30 milyon dollar yatırım etdi. “Benioff” və “Khosla Ventures” də investorlar arasındadır. “Yaşlanmanı istəyə bağlı etmək istəyirəm”, – Jain deyib.
“Moderna”nın CEO-su Stefan Bansel uzun ömür alimi Valter Lonqo tərəfindən inkişaf etdirilmiş oruc tutma təsirlərini təqlid edən bir pəhrizini sınayıb. Bansel daha sonra, oruc qidalanma proqramları inkişaf etdirən Lonqonun şirkəti “L-Nutra” üçün 47 milyon dollarlıq fond turuna rəhbərlik etdi.
“Khosla” şirkəti vasitəsilə “WSJ” tərəfindən müəyyən edilmiş ən məhsuldar uzun ömür investorlarından biridir və hər bir yatırım yaşlanmanın fərqli aspektlərinə fokuslanır. Kriptovalyuta həvəskarlarından ibarət bir qrup olan “Superteam Podcast” ilə etdiyi müsahibədə dedi: “70 yaşında bir şəxs özünü 40 yaşında kimi hiss etməlidir”.