
Ölümü yubatmaq
Ultra zənginlərin yeni hobbisi
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Oğlumuzu intihara təşviq etdi”
“Pixel 10” ilə süni intellekt yarışında sürəti artırır
Müalicəsi həftələrlə davam etdi
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
“Cloudflare” rəsmisi “Perplexity” şirkətini Şimali Koreyalı hakerlərə bənzədib
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
Əvvəl “Google” və “Microsoft” şirkətlərində mühəndis olmuş və hazırda ABŞ mərkəzli Maşın İntellekt Araşdırma İnstitutunun (Machine Intelligence Research Institute) prezidenti Neit Soers (Nate Soares) “Super intellekt yarışı qlobal səviyyədə dayandırılmalıdır”, – deyib.
Ekspertlər bildirir ki, söhbət robotları, ruh sağlamlığı üzərindəki proqnozlaşdırıla bilməyən təsirləri ilə super intellekt sistemlərinin mövcudluq üçün təhdid potensialı barədə xəbərdarlıq kimi qəbul edilməlidir.
Son dərəcə inkişaf etmiş süni intellekt mövzusunda yazılmış yeni kitabın həmmüəllifi olan Neit Soers “If Anyone Builds It, Everyone Dies” (Əgər biri qurarsa, hər kəs ölür) adlı kitabında, “ChatGPT” söhbət robotu ilə aylarla söhbət etdikdən sonra intihar edən ABŞ-lı Adam Rein (Adam Reine) nümunəsinin bu texnologiyanın nəzarətində əsas problemləri göstərdiyini bildirib.
İngiltərə “The Guardian” qəzetinə danışan Soers: “Bu süni intellekt sistemləri gəncləri intihara sürükləyən şəkildə qarşılıqlı təsir göstərdikdə, bu, yaradıcılarının nəzərdə tutduğu davranış deyil”, – deyib. O əlavə edib ki, Adamın hadisəsi bu süni intellekt sistemləri daha ağıllı olduqda fəlakətlə nəticələnə biləcək problemin kökünü göstərir.
“İnsanlığın mənfəətinə uyğun davranmaz”
Neit Soers insanlığın super süni intellekt (ASI – artificial superintelligence) yaratması halında yox olacağı barədə xəbərdarlıq edib. ASI bütün intellektual sahələrdə insanlardan üstün olan nəzəri süni intellekt sistemini ifadə edir. Soers və həmmüəllifi Eliyzer Yudkovski (Eliezer Yudkowsky) belə sistemlərin insanlığın mənafələrinə uyğun davranmayacağı barədə xəbərdarlıq edən süni intellekt ekspertləri arasındadır.
Soers, “Buradakı problem odur ki, şirkətlər süni intellektlərini faydalı və zərərsiz yönləndirməyə çalışır. Əslində isə süni intellektləri daha qəribə işlər üçün yönləndirirlər. Bu, gələcəkdə kimsənin istəmədiyi və nəzərdə tutmadığı işləri görəcək super intellekt barədə xəbərdarlıqdır”, – deyib.
Bu ay nəşr olunacaq kitabda Soers və Yudkovski “Sable” adlı bir süni intellekt sisteminin internetə yayıldığını, insanları manipulyasiya etdiyini, süni viruslar hazırladığını və nəticədə super intellekt hala gəldiyini təsvir edir. Hədəflərinə çatmaq üçün planeti yenidən təşkil edərkən, yan təsir olaraq insanlığı məhv edir.
“Super intellekt yarışı dayandırılmalıdır”
“The Guardian”-a görə, bəzi ekspertlər süni intellektin insanlıq üçün potensial təhlükəsini əhəmiyyətsiz hesab edir. Mark Zukerberqin (Mark Zuckerberg) “Meta” şirkətində baş süni intellekt alimindən olan Yann Lecun mövcud təhlükəni inkar edərək, süni intellektin “əsasən insanlığı yox olmaqdan qoruya biləcəyini” bildirib.
Soers super süni intellekt təhdidinə qarşı siyasət həlli kimi hökumətlərin nüvə silahlarının yayılmasının qarşısını almaqda BMT razılaşmasını əks etdirən çox tərəfli yanaşma qəbul etməli olduğunu bildirib: “Dünyanın etməsi lazım olan super intellekt yarışını qlobal səviyyədə sakitləşdirmək, super intellekt sahəsində inkişafları qlobal səviyyədə qadağan etməkdir”.
Psixoterapevtlər isə psixi sağlamlığı ilə bağlı peşəkar terapistlərə müraciət etməyib, süni intellekt söhbət robotlarına yönələn həssas şəxslərin təhlükəli uçuruma sürüklənə biləcəyini bildirirlər.