
Berlində cinayət sıçrayışı
55 min iş məhkəmə tarixini gözləyir
55 min iş məhkəmə tarixini gözləyir
Fransada məktəb yeməklərində tuna balığı qadağan edildi
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
“Öko-Test”in konservləşdirilmiş tuna balığı yoxlamasında əksər məhsullar təhlükəsiz çıxdı. Lakin “Aldi Nord” və “Edeka” markalı konservlərdə civə səviyyələrinin yüksək olduğu aşkar edildi. Xüsusilə həssas qruplar üçün diqqətli istehlak tövsiyə olunur.
Almaniyaya əsaslanan istehlakçı jurnalı “Öko-Test” bazarda satılan 29 fərqli konservləşdirilmiş tuna balığı məhsulunu analiz edib.
Test nəticələri ümumilikdə rahatladıcı olsa da, iki məhsulla bağlı ciddi xəbərdarlıqlar edildi: “Aldi Nord” və “Edeka” markalarına aid tuna balıqlarında diqqətəlayiq səviyyədə civə müəyyən olunub.
Yalnız su içində saxlanılan, yağ və ya tərəvəz qatılmamış konservlər üzrə aparılan analizlərdə, məhsulların hamısı “skipjack” (“Katsuwonus pelamis”) növü tuna balığından hazırlanmışdı. Bu növ, daha böyük tuna balığı növlərinə nisbətən daha az civə tərkibli olması ilə tanınır.
“Öko-Test” laboratoriya analizlərində həm ümumi civə, həm də sağlamlığa daha zərərli olan metil-civə səviyyələrinə diqqət yetirdi. Nəticələrə görə “Followfood”, “Bio Gourmet”, “Ja!” və “Gut & Günstig” kimi markaların məhsulları “çox yaxşı” qiymət aldı.
“Öko-Test” xüsusilə iki məhsulu – “Aldi Nord” şirkətinin istehsal etdiyi “Almare Seafood” tuna balığı və “Edeka” – şirkətinin istehsal etdiyi tuna balığı filesi sağlamlıq baxımından “xəbərdarlıq” kateqoriyasına daxil etdi.
Bu məhsullarda metil-civə səviyyəsi qanuni limitləri aşmasa da, Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) tərəfindən müəyyən edilmiş həftəlik qəbul edilə bilən miqdara çox yaxın idi. Belə ki, yalnız bir konserv istehlakı ilə həftəlik limitin yarısından çoxu bədənə daxil ola bilər.
Bu vəziyyət, xüsusilə tez-tez balıq istehlak edənlər və hamilə ya da süd verən qadınlar üçün sağlamlıq riski yarada bilər. Metil-civə, xüsusilə sinir sistemi və beyin inkişafına toksik təsir göstərdiyindən, həssas qrupların bu növ məhsulları diqqətlə seçməsi tövsiyə olunur.
Tuna balığı “Omega-3” baxımından dəyərli mənbə olsa da, içindəki civə səbəbilə istehlak tezliyinə diqqət yetirilməlidir.
Mütəxəssislər, orta bir yetkinin həftədə 1–2 konserv istehlak etməsində problem olmadığını bildirir, lakin hamilə və süd verən qadınlara daha ehtiyatlı yanaşmaq tövsiyə olunur.