
Azərbaycanın diplomatik yüksəlişi
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Yaxud Yayın istisində qaynayan region
Bakıda sülh və sabitlik modeli axtarıılacaq
Əvvəlkilərdə pozuntu olmazsa, vətəndaşlara 1, 3 və 5 illik turist vizaları veriləcək
Leipzigə məcburi eniş
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
Almaniyanın “Bild” qəzeti dünyada 400 milyon insanın həyatının asılı olduğu Ukrayna taxılı üçün addım atan prezident Ərdoğanın roluna diqqət çəkib. Qəzet Türkiyə prezidentinin bütün dünyanı rahatladan taxıl müqaviləsi üçün öz üstünlüyündən istifadə etdiyini bildirib.
“Bild” qəzeti Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranı ilə bağlı xəbərlərində Türkiyənin bu prosesdə oynadığı rola diqqət çəkib.
Ukraynanın dünyanın dördüncü ən böyük taxıl ixracatçısı olduğunu və dünyada təxminən 400 milyon insanın yaşamaq üçün buradan taxıla ehtiyacı olduğunu bildirən qəzet, Rusiyanın təxminən altı aydır Ukrayna taxılının qarşısını aldığını xatırladıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın kritik məqamda işə girdiyini bildirən məqalədə yazılır: “Bosfor Qara dənizlə Aralıq dənizini birləşdirən yeganə keçiddir. Ona görə də Türkiyə prezidenti Ərdoğanın icazəsi olmadan heç bir Rusiya gəmisi içəri girə və ya çıxa bilməz. Ərdoğan bu üstünlükdən taxıl sövdələşməsi üçün istifadə etdi. Blokada bitdi. Bir neçə həftə sonra ilk Ukrayna yük gəmisi Yaxın Şərqə üzdü”.
Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş iyulun 22-də Türkiyə və BMT-nin təşəbbüsləri ilə imzalanıb və dünya bununla rahat nəfəs alıb.
Rusiya oktyabrın 29-da Ukraynanın Krıma hücumu səbəbindən müqaviləni dayandırdığını açıqlayanda prezident Ərdoğan yenidən işə qarışıb. Prezident Ərdoğanın Putinlə görüşündən sonra Rusiya taxıl müqaviləsinə qayıtmaq qərarına gəlib.
***
Noyabrın 17-də dünyanı qlobal ərzaq böhranından xilas edən razılaşmanın 120 gün müddətinə uzadılacağı açıqlanıb.
Razılaşmanın uzadılması dünyada böyük məmnuniyyətlə qarşılansa da, başda Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla bir çox beynəlxalq təşkilatlardan Türkiyəyə və Prezident Ərdoğana təşəkkür mesajları yağdırılıb.
***
Dünən Milli Müdafiə Nazirliyi taxıl dəhlizində daşınan taxılın miqdarının 13 milyon tonu keçdiyini açıqlayıb.
Nazirliyin “Twitter” hesabından edilən açıqlamada, “524 gəmi də taxıl yükləri ilə Ukraynadan yola düşüb. Bu gəmilərlə 13 milyon tondan çox taxıl daşınıb. Qarğıdalı, buğda, günəbaxan unu, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud və arpa gəmilərlə daşınırdı”, – qeyd olunur .