Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
10:46 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 219 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
ABŞ Federal Ehtiyat Sistemi (FED) Çikaqo Mərkəzi Bankı Prezidenti Ostan Qulsbi (Austan Goolsbee) verdiyi açıqlamada, sentyabr ayında faiz endiriminə getməyin uyğun olub-olmadığına dair hələ qərar vermədiyini bildirdi. O, son işçi qüvvəsi məlumatlarının qiymətləndirilməsinin vacib olduğunu qeyd etdi. Qulsbiyə görə, mövcud iqtisadi görünüş haqqında daha çox məlumat əldə olunmadan faiz endiriminin zamanlaması dəqiq müəyyən edilə bilməz.
Qulsbi həmçinin, FED-in siyasi təzyiqlərdən müstəqil hərəkət etməli olduğunu vurğuladı. FED-in qərar qəbul etmə proseslərinin xarici müdaxilələrdən qorunmalı olduğunu qeyd edən rəsmi bankın müstəqilliyini zədələyəcək hər hansı addıma qarşı olduğunu bildirdi. Bununla yanaşı, hazırda belə bir müdaxilə cəhdi görmədiyini və FED-ə namizəd göstəriləcək şəxslərin vəzifələrini ciddi şəkildə yerinə yetirmələrini gözlədiyini də əlavə etdi.
“Barclays” və “Macquarie”dən FED faiz proqnozlarında yeniləmə
Qlobal investisiya bankı “Barclays” FED-in bu il üç ayrı iclasda faiz endirimi edəcəyini gözlədiyini açıqladı. Əvvəllər yalnız sentyabr və dekabr aylarına dair iki dəfə 25 baza bəndi faiz endirimi gözləyən bank, yeni proqnozunda sentyabr, oktyabr və dekabr aylarında hər birində 25 baza bəndi olmaqla üç faiz endirimi olacağını ehtimal edir. Bank faiz siyasətinə dair görünüşünü xüsusilə son iqtisadi məlumatlar işığında yeniləyib.
“Macquarie” isə faiz endirimi proqnozunda oxşar yeniləməyə getdi. Əvvəlcə sentyabr və dekabr aylarında iki faiz endirimi gözləyən institut, indi bu endirimin sentyabr və oktyabr aylarında baş verəcəyini proqnozlaşdırır. “Macquarie”nin analizinə görə, pul siyasətində yumşalma bir qədər önə çəkilib və bu, işçi qüvvəsi bazarındakı yavaşlama və inflyasiya görünüşündə qismən yaxşılaşma ilə birbaşa əlaqəlidir. Bank FED-in iqtisadi yavaşlamanı dəstəkləmək məqsədilə ilin sonuna qədər mərhələli faiz endirimi həyata keçirəcəyini bildirib.
Qulsbinin qərarsız mövqeyi və “Barclays” ilə “Macquarie”nin yenilənmiş proqnozları bazarlarda sentyabr ayında olası faiz endirimi gözləntisinin güclənməyə davam etdiyini göstərən vacib inkişaflar kimi diqqət çəkir. ABŞ Mərkəzi Bankının (FED) gələcək iclaslarında veriləcək qərarlar, iqtisadi göstəricilərin gedişi və mərkəzi bank rəsmilərinin yönləndirmələri əsasında formalaşacaq.