
Qızıl rekorda çatdıqdan sonra sabitləşib
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
BTC təzyiq altında, ETH və SOL sərmayəçilərin radarında
“Bitcoin” oktyabrın ilk ticarət günündə 116.887 dollara qədər qalxaraq son 24 saatda 3%-dən çox dəyər qazandı. Bu artım, ABŞ-da federal hökumətin müvəqqəti bağlanmasının ardından dolların zəifləməsi ilə gücləndi.
Qlobal kriptovalyuta bazarının ümumi dəyəri yenidən 4 trilyon dollara çatdı. “Ethereum” 4%-ə yaxın artımla 4.300 dollara, XRP isə 3%-dən çox yüksəlişlə 3 dollara yaxınlaşdı. Sentyabr ayını 5% civarında artımla müsbət qapadan “Bitcoin” və digər iri kripto aktivlər dördüncü rübə güclü başlamağa meyllidir.
Sentyabr ayı kriptovalyuta bazarı üçün həm qiymət dinamikası, həm də sektoral inkişaflar baxımından diqqətçəkici oldu. “Bitcoin” ayı müsbət yekunlaşdırarkən bazarın dəyəri 4 trilyon dollara yaxınlaşdı. Xüsusilə kripto əsaslı birja investisiya fondlarının (ETF) bazara çıxışı ön plana çıxdı.
“REX-Osprey” tərəfindən XRP və DOGE əsaslı ETF-lər, “Grayscale” tərəfindən isə yeni məhsul istifadəyə verildi. Bu addımlar ABŞ-da maliyyə tənzimləmələrinə yanaşmanın yumşaldığını və kripto bazarında institusional iştirakın artdığını göstərdi. Eyni zamanda “Web3” və “Blockchain” texnologiyalarına maraq da yüksəldi.
Tailand və Vyetnam kimi ölkələr turistlərdən kripto ödəniş qəbulunu sınaqdan keçirərkən, “Emirates” və “Air Arabia” aviaşirkətləri də bu yanaşmaya keçid edib. Qazaxıstan və Pakistan başda olmaqla bir sıra ölkələrdə mədənçilik fəaliyyəti sürətlənib, kripto adaptasiyası genişlənməyə davam edir.
Digər diqqətçəkən inkişaf isə qiymətli kağızların tokenləşdirilməsi oldu. “Robinhood” və “Kraken” kimi platformalar səhmlərə əsaslanan token məhsullarını təqdim etməyə başladı. “Nasdaq” isə bu aktivlərin siyahıya alınma qaydalarının dəyişdirilməsi üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət etdi.
Çində oktyabrın 1-də başlayan “Qızıl həftə” tətili və Cənubi Koreya bazarlarının bir həftə (3–9 oktyabr) bağlı qalması Asiya ticarətində həcmi azaldır. Bu dövrdə likvidlik zəif olduğu üçün əvvəlki illərdə “Bitcoin” ayın ilk həftəsində adətən ya sabit, ya da mənfi performans göstərib. “K33” tədqiqat şirkətinə görə, bu günlərdə ticarət həcmi düşür, volatillik isə məhdud qalır.
Bununla yanaşı, ABŞ-da hökumətin 1 oktyabr etibarilə bağlanması mühüm iqtisadi göstəricilərin açıqlanmasını ertələyib. Kritik məşğulluq və inflyasiya statistikalarının təqvimi qeyri-müəyyənləşib. “K33” xəbərdarlıq edir ki, bu hal sifariş kitablarını zəiflədərək investorları qəfil qiymət dəyişikliklərinə daha açıq vəziyyətə sala bilər.
Törəmə bazar məlumatları “Bitcoin” üzərində qısamüddətli risklərin qalmaqda olduğunu göstərir. “CME” fyuçerslərində açıq mövqelər son beş ayın ən aşağı səviyyəsinə enib, maliyyələşmə faizləri isə neytral göstəricinin altında qalır. Opsion bazarında isə üstünlük hələ də satım (put) istiqamətindədir.
Kredit rıçaqlı əməliyyatlarda yüksək marja tələbləri, mövqelərin dəyişməsi halında kəskin dalğalanmalar ehtimalını artırır. “K33”ün araşdırmasına görə, bu il Asiya sessiyaları “Bitcoin” üçün -9,7% nəticə göstərib, əsas artımların böyük hissəsi isə ABŞ saatlarında baş verib.