
“Bitcoin” oktyabra yüksəlişlə başladı
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
“The Wall Street Journal” xəbər verir ki, Tramp Pentaqona və kəşfiyyat agentliklərinə Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrdə kömək etməyə icazə verən sərəncam imzalayıb. Tramp administrasiyası ilk dəfə Ukraynaya uzaqmənzilli zərbələrdə kömək edəcək.
Təbii ki, “dərinliklər” demişkən söhbət neft emalı zavodlarından, neft-qaz kəmərlərindən, elektrik stansiyalardan və hərbi obyektlərdən gedir.
Amma bir məsələ var, Trampın prezidentliyinin son 8 ayı ərzində biz Ukrayna ilə bağlı ritorikanın ən neqativ tonlarından (məsələn, Oval kabinetdə “sənin kartların yoxdur” deyə hücum etməsi) tutmuş, ən pozitiv bəyanatlara qədər (yaxınlarda dediyi “Ukrayna bütün ərazilərini azad edə bilər”) geniş spektrini gördük. Bu 8 ay bizə bir dərs verdi: Trampın sözlərinə deyil, əməllərinə qiymət vermək lazımdır.
Trampın Pentaqona və kəşfiyyat qurumlara Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi barədə göstəriş verməsi xəbəri kontekstində biz gərək sözlərə yox, yuxarıda qeyd etdiyimiz kimi əməllərə fikir verək.
Əməllərə gəlincə.
Avqust 2-dən etibarən USQ tərəfindən Rusiya ərazisində yerləşən bir çox obyektlərə sistematik zərbələri müşahidə edilir. Amma bütün zərbələr dronlar vasitəsilə endirilir, Ukrayna istehsallı dronlarla. 3 gün qabaq isə Belqorod İstilik Elektrik Stansiyasına zərbə endilirdi və bu zərbəni digər zərbələrdən fərqləndirən o idi, o, dronlarla yox, HİMARS M142 RYAS-dan buraxılan ABŞ istehsallı raketlərlə vurulub.
Bu hadisədə 2 çox önəmli məqam var:
1. ABŞ mətbuatının verdiyi məlumata görə ABŞ istehsallı raketlərlə Rusiya ərazisinə zərbələrə icazə, Pentaqonun ən ən yüksək səviyyəsində verilməlidir(bəzi mənbələrə görə söhbət hətta şəxsən müharibə naziri Pit Heqset tərəfindən).
2. Müharibə naziri Heqset Trampa tamamilə loyal və Trampın icazəsi olmadan heç bir addım ata bilməyən adamdır.
Başqa sözlərlə bir neçə gün qabaq Rusiya ərazisinə ABŞ istehsallı raketlərlə vurulan zərbələr onu göstərir ki:
a. Zərbələrə şəxsən Tramp icazə verib;
b. “The Wall Street Journal”ın USQ-yə kəşfiyyat məlumatların ötürülməsi xəbəri həqiqəti əks etdirir.
Nəticə etibarı ilə ABŞ istehsallı raketlərin Rusiya ərazisində “iş başında” görməyə hazır olun.