vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
Bitcoin yenidən 111 min dollar həddini keçdi 09:12 | 21 oktyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bitcoin yenidən 111 min dollar həddini keçdi

Kriptovalyuta səhmləri bahalaşdı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kriptovalyuta bazarlarında aparıcı rəqəmsal aktiv olan “Bitcoin” dünən yenidən 111 min dollar səviyyəsini aşaraq yüksəlişini bərpa edib. Bu artım, oktyabrda müşahidə edilən bazar dalğalanmalarının müvəqqəti xarakter daşıdığına dair ümidləri gücləndirib və kripto sektoruna yeni canlanma gətirib.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki,“Bitcoin”dəki yüksəliş, kriptovalyuta ilə əlaqəli səhmlərin də dəyər qazanmasına səbəb olub. Rəqəmsal aktivlərə iri investisiyaları ilə tanınan “MicroStrategy” şirkətinin səhmləri gün ərzində 2%-dən çox artıb. Şirkət, 13–19 oktyabr tarixləri arasında orta hesabla 112.051 dollar qiymətindən 168 “Bitcoin” aldığını açıqlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabatda bildirilib ki, “MicroStrategy”nin hazırda ümumilikdə 640.418 “Bitcoin”i var və onların ümumi alış dəyəri 47,4 milyard dollar təşkil edir.

Digər kriptovalyuta platformaları da yüksəlişdən payını alıb. “Robinhood” və “Coinbase”in səhmləri müvafiq olaraq 4,5% və 2,5% bahalaşıb. “Stabilcoin” istehsalçısı “Circle” isə bazardakı ümumi müsbət dinamika fonunda 3,5% dəyər qazanıb.

Kriptovalyuta mədən şirkətləri də bu tendensiyadan yararlanıb. “MARA Holdings” süni intellekt və yüksək performanslı hesablama (HPC) mərkəzlərinə genişlənmə strategiyasının təsiri ilə 6% artım göstərib. Digər bazar iştirakçılarından “Bit Digital” (BTBT) 15%, “Cipher Mining” (CIFR) isə 6% bahalaşıb.

Analitiklərə görə, “Bitcoin”in 111 min dollar səviyyəsini yenidən aşması, investor etimadının qayıtdığına və bazarda yeni bir yüksəliş dalğasının başlaya biləcəyinə işarədir.