Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
09:40 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 148 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Qızıl dünən tarixi rekord səviyyəyə yüksəldikdən sonra, bu gün investorların qazanc realizasiyasına getməsi nəticəsində bir qədər ucuzlaşıb. ABŞ Mərkəzi Bankının (FED) faiz endirimlərini davam etdirəcəyi gözləntiləri və güclü “təhlükəsiz liman” tələbi qiymətləri dəstəkləsə də, qısamüddətli satışlar bazarda təzyiq yaradıb.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, Bakı vaxtilə ilə 07:00-a olan məlumata görə qızıl 0,3% azalaraq 4.340,29 dollar səviyyəsində ticarət olunub. Dünən qiymət 4.381,21 dollara qədər yüksələrək bütün zamanların rekordunu yeniləmişdi.“KCM Trade” şirkətinin baş bazar analitiki Tim Vaterer bildirib ki, “qazanc satışları və təhlükəsiz liman alımlarının bir qədər zəifləməsi bu gün qızıl qiymətlərindəki yüksəlişin tempini azaldıb. Lakin FED-in hazırkı faiz endirimi dövrünü davam etdirdiyi şəraitdə, qızıldakı hər eniş alım fürsəti kimi görüləcək”.
Bazar iştirakçıları noyabr ayında dörddəbir bəndlik faiz endirimini və dekabrda əlavə bir azalma qərarını artıq tam şəkildə qiymətlərə daxil ediblər. Analitiklərə görə, bu siyasət istiqaməti qızılın orta müddətli perspektivdə yüksək səviyyələrdə qalmasına səbəb ola bilər.
“Bu həftənin sonuna doğru açıqlanacaq ABŞ istehlak qiymətləri indeksində (Personal Consumption Expenditures Price Index – PCE) mənfi bir sürpriz yaşanmadığı təqdirdə, qızıl bazarında yüksəliş üçün hələ də geniş məkan var”, – Vaterer vurğulayıb.
Digər tərəfdən, ABŞ hökumətinin fəaliyyətinin dayandırılması səbəbindən (bloklanma) bəzi iqtisadi məlumatların açıqlanması gecikir. Oktybarın 25-də dərc olunması gözlənilən göstəricilər investorların diqqət mərkəzindədir. Ağ Ev iqtisadi müşaviri Kevin Hassett isə hökumət bloklanmasının bu həftə ərzində başa çatmasının “böyük ehtimalla mümkün olduğunu” bildirib.