
“Böyük oyunçular qazancı reallaşdırdı”
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
“Nvidia” və “Microsoft” və “BlackRock” yüksək texnologiyalı “data center” aldı
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“Wall Street” birjaları bu gün iki regional bankın zərər açıqlaması ilə sarsıldı. Bu, ABŞ iqtisadiyyatında kredit keyfiyyəti ilə bağlı narahatlıqları artırdı. “S&P 500” indeksi %0,63, “Nasdaq 100” isə %0,4 gerilədi. ABŞ-la yanaşı Avropa fyuçersləri də mənfi zonadadır.
Vaxt.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, regional bank səhmlərindəki eniş Asiya bazarlarına da sıçradı – MSCI Asiya Sakit Okean İndeksi %0,8 azaldı, ən çox zərər görənlər maliyyə şirkətləri oldu.
***
Bir həftəlik geriləmənin ardından rəqəmsal aktivlərdən yüz milyardlarla dollar silindi. Bir zamanlar “rəqəmsal qızıl” kimi təqdim edilən “Bitcoin” 126 min dollarlıq rekorddan sonra 109 min dollar ətrafında sabitləşib və bu dəfə də təhlükəsiz liman rolu oynaya bilmədi.
ABŞ–Çin ticarət gərginliyinin artması rekord həcmdə satışlara səbəb olub, əksər kriptovalyutalar kəskin ucuzlaşıb.
***
İnvestorların riskdən qaçması fonunda neft qiymətləri ardıcıl üçüncü həftədir ucuzlaşır. “Brent” 61 dollar, WTI isə 57 dollar civarındadır.
Əvəzində qızıl və gümüş yeni zirvələrə yüksəlib. Qızıl 1,2% artaraq hazırda 4.379 dollara satılır – bu, 2020-dən bəri ən güclü yüksəliş seriyasının davamıdır. Artım həm FED-in faiz endirimi gözləntiləri, həm də geopolitik risklərin artması ilə dəstəklənir.