vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 28 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
Qızıl 4 min dolların altına düşdü 22:27 | 27 oktyabr 2025 | Bazar ertəsi Məqaləyə 135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızıl 4 min dolların altına düşdü

Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qızılın bir unsiya (31,1 qram) üzrə qiyməti 3,2% azalaraq təxminən 3 min 984 dollara qədər enib və bu 10 oktyabrdan bəri ən aşağı səviyyədir.

Geriləməyə səbəb ABŞ və Çin arasında ticarət razılaşmasında əldə olunan irəliləyişdən sonra qızılın təhlükəsiz sığınacaq aktivlərinə olan tələbi azaltması olub. Bu, avqust ayının ortalarından bəri qızılın ilk həftəlik itkisi kimi qeydə alınıb.

Qiymətlərdəki eniş, ABŞ Prezidenti Donald Trampın Asiya səfəri çərçivəsində apardığı diplomatik danışıqlarda iki ölkənin genişmiqyaslı ticarət razılaşmasına yaxınlaşdığını göstərən siqnallarla əlaqələndirilir. Mümkün razılaşma iqtisadi riskləri və geosiyasi gərginlikləri azalda bilər ki, bu da adətən qızıla olan tələbi zəiflədir.

Keçən həftə qızılın unsiya qiyməti 4 min 380 dollarla rekord səviyyəyə qədər yüksəlmişdi. Lakin qiymətli metalın həddindən artıq alınma siqnallarının görünməsi qiymətin korreksiyasına səbəb olub. Buna baxmayaraq, qızıl bu il ərzində ümumilikdə 50%-dən çox bahalaşma nümayiş etdirib.

“Capital.com” platformasının baş analitiki Kayl Rodda (“Kyle Rodda”) bildirib ki, “Artıq daha fundamental və məntiqli bir bazar şəraitinə dönürük. ABŞ-Çin ticarət razılaşmasında müşahidə edilən inkişaf gözləniləndən daha güclü bir reaksiyaya səbəb oldu”.

Bu həftə əsas mərkəzi banklardan vacib açıqlamaların gələcəyi gözlənilir. ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankı (BOJ) qərarlarını açıqlayacaq.

Bazarlarda FED-in 25 baza bəndi (0,25%) həcmində faiz dərəcəsini endirəcəyi, “AMB” və “BOJ”un isə faizləri dəyişməz saxlayacağı proqnozlaşdırılır. Aşağı borclanma dərəcələri, faiz gəliri gətirməyən qızıl üçün adətən müsbət amil hesab olunur.