Oğruların qaçış anı ortaya çıxdı
Luvrun direktoru danışdı: “Muzeylər qala deyillər”
20:36 | 27 oktyabr 2025 | Bazar ertəsi
Məqaləyə 127 dəfə baxılıb
Şriftin ölçüsü
Luvrun direktoru danışdı: “Muzeylər qala deyillər”
Luvr qarətinin təfərrüatı
İncəsənət aləmini sarsıdan məşhur muzey oğruluqları
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Polisin girə bilmədiyi şəhərətrafı ərazilərdə cinayətkar dəstələr və zorakılıq artır
Fransadakı siyasi islam qruplarının rəhbərləri bu dəfə nə səslərini çıxardı, nə də qəzəbləndilər
Açılış mərasiminin bədii rəhbəri iddiaları rədd edib
“Paris-2024”də ilk medalımız qızıl oldu
Əvvəlcə qatar xətləri, indi isə telefon operatorları...
Qadın əleyhinə sözlər “Eurosport” şərhçisini işindən etdi
Paris olimpiadasının açılış mərasimindəki parodiyaya kəskin etirazlar, texnologiya nəhəngi reklamlarını dayandırdı
Təxribatın arxasında aşpaz Kiril dayanır?
Sent-Çarls stansiyası boşaldılıb
Almaniyanın lift istehsalçısı “Böcker” Fransada baş verən böyük “Louvre” Muzeyi oğurluğundan sonra dünya mediasının diqqət mərkəzinə düşüb. Səbəb isə soyğunçuların muzeyə girmək üçün məhz şirkətin istehsalı olan səyyar yük lifti (“Böcker Agilo”)ndan istifadə etməsidir.
Şimali Reyn-Vestfaliya əyalətində fəaliyyət göstərən ailə şirkəti “Böcker” hazırda sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Ötən həftə kimliyi bilinməyən 4 nəfər Luvr Muzeyinin qarşısına platformalı yük maşını saxlayıb. Onlar maşında quraşdırılmış “Böcker” markalı qaldırıcı vasitəsilə muzeyin terrasına qalxaraq içəri daxil olublar və cəmi 7 dəqiqə ərzində 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar.
Hadisədə istifadə olunan liftin görüntüləri sosial şəbəkələrdə qısa müddətdə viral olub.
Şirkət rəhbərliyi isə hadisəyə gözlənilməz şəkildə yumorla yanaşıb. “Böcker” rəsmi hesabında hadisə yerindən çəkilmiş bir fotonun üzərinə “Sürətli olmanız gərəkəndə ‘Böcker Agilo’ xəzinələrinizi 400 kiloqrama qədər, dəqiqədə 42 metr sürətlə daşıyır – həm də fısıltı kimi səssiz”, – yazaraq paylaşım edib.
Şirkətin baş direktoru Aleksandr Böcker (Alexander Böcker) AFP-yə açıqlamasında, “Bu cür cinayət, əlbəttə ki, qəti şəkildə qınanmalıdır, lakin biz hadisəyə bir az yumorla yanaşmaq istədik”, – deyib.
O, həmçinin əlavə edib ki, “Dünyanın ən məşhur muzeyinin adı çəkilərkən şirkətimizin diqqət mərkəzinə gəlməsi də bizim üçün kiçik bir fürsət idi”.
Şirkətin paylaşımı sosial mediada böyük rezonans doğurub.