
Bayrudan işçiləri əsəbiləşdirən təklif
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Nazirlik iddia yalanladı
Fransada səhiyyə böhranı dərinləşir
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Ölümlərin sayının doğumları keçməsi 10 il tez baş verdi
Mədəniyyət Naziri Raşida Datiyə cinayət işi açılıb
Dəmir yollarında bir sıra təxribatlar Olimpiadadan əvvəl Fransada nəqliyyatı iflic etsə də, təhlükəsizlik qüvvələrinin hücumun arxasında mümkün Rusiya izini üzərində işlədiyi ortaya çıxdı.
Əslində, ötən həftə 40 yaşlı aşpaz Kiril Qryaznovun Rusiya agenti olmaqda şübhəli bilinərək həbs edildiyi mətbuata sızdırıldı. Kreml sarayı Fransada baş verənlər və həbs edilən Rusiya vətəndaşı ilə bağlı məlumatı olmadığını açıqlayıb.
***
İyulun 19-da Fransada Rusiya agenti olmaqda şübhəli bilinərək həbs edilən aşpaz Kiril Qryaznovun qəribə əhvalatı var. Mayın 7-də Moskvadan təyyarə ilə İstanbul üzərindən Parisə getməyə çalışan Qryaznov İstanbul Hava Limanının mühafizəsi tərəfindən təyyarəyə buraxılmayıb və həddindən artıq sərxoş olduğu üçün qara siyahıya salınıb. Fransaya təyyarə ilə çata bilməyən Qryaznov quru yolu ilə Bolqarıstanın paytaxtı Sofiyaya gedib və oradan Parisə çatıb.
***
Rusiyada realiti-şouda arvad axtaran kişi rolunu canlandırdıqdan sonra 14 il Fransada yaşayan və məşhur Le Cordon-Bleu-da təhsil alan Qryaznov aşpaz kimi işləməyə davam edərək, tanışlarına xüsusi missiya üçün Fransada olduğunu deyirmiş. Telefon danışığında “Fransızlar indiyə qədər görülməmiş bir açılış mərasimi görəcəklər” deyərkən yaxalanan Qryaznov Rusiya kəşfiyyatı adından gizli fəaliyyətlər həyata keçirdiyi üçün həbs edilib. Onun üzərindən Ukrayna müharibəsinin əvvəlində Rusiyada yaradılmış “V-komanda”nın vəsiqəsi tapılıb. İstintaq davam edərkən, Fransa prokurorluğu Kiril Qryaznova 30 il həbs cəzası tələb edir.
***
Fransadakı rus casus qalmaqalı xəbəri dünən Kremlə də çatıb. Fransadakı hadisələrlə bağlı açıqlama verən mətbuat katibi Dmitriy Peskov, “Fransada həbs olunan vətəndaşımızla bağlı heç bir məlumatımız yoxdur. Biz də mətbuatdan da öyrəndik. Normalda Rusiya vətəndaşı xarici ölkədə hər hansı bir ittihamla həbs edildikdə, bu barədə Rusiyanın həmin ölkədəki səfirliyinə məlumat verilməlidir. Ümid edirəm ki, Paris səfirliyimiz ən qısa zamanda məlumatlandırılacaq”, – deyib.