“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
14:11 | 15 aprel 2026 | Çərşənbə
Məqaləyə 149 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Psixoloji səbəblər və elmi baxış
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Fransa parlamentinin aşağı palatası ölkənin keçmiş müstəmləkələrindən oğurlanmış mədəni sərvətlərin qaytarılmasını asanlaşdıran qanun layihəsini yekdilliklə qəbul edib.
VAXT.AZ istinadən xəbər verir ki, deputatlar keçmiş Fransız müstəmləkələrindən aparılmış sənət əsərləri və digər mədəni obyektlərin geri qaytarılması mexanizmini sadələşdirən layihəyə yekdilliklə səs veriblər. Senat isə bu qanun layihəsini hələ yanvar ayında təsdiqləmişdi.
Son dövrlərdə Əlcəzair, Mali və Benin kimi ölkələr Fransa hökumətinə mədəni sərvətlərin geri qaytarılması ilə bağlı rəsmi müraciətlər ünvanlayıblar.
Qanun layihəsi xüsusilə 1815-ci ildən 1972-ci ilə qədər – yəni UNESCO-nun mədəni irsin qorunması ilə bağlı konvensiyasının qüvvəyə mindiyi ilə qədər olan dövrdə qanunsuz yollarla aparılmış mədəni sərvətlərin geri qaytarılmasını asanlaşdırmağı nəzərdə tutur.
Uzun müddətdir gözlənilən bu qərar Emmanuel Makronun Afrika ölkələrindən aparılmış mədəni sərvətlərin qaytarılması ilə bağlı vədindən təxminən on il sonra qəbul edilib. Makron 2017-ci ilin noyabrında Ouagadougou şəhərində çıxışı zamanı bildirmişdi ki, Afrika mədəni irsi yalnız Avropa muzeyləri və şəxsi kolleksiyalarda saxlanıla bilməz və bu irsin Afrikaya qaytarılması üçün şərait yaradılmalıdır.
Yeni qanuna əsasən, hər hansı dövlət mədəni sərvətin qaytarılması üçün rəsmi müraciət etməli və həmin əsərləri qoruyacağına, həmçinin ictimaiyyət üçün açıq şəkildə nümayiş etdirəcəyinə dair öhdəlik götürməlidir. Bu müraciətlər təqdim olunan sübutlar əsasında xüsusi komitə tərəfindən araşdırılacaq və qərar veriləcək.
Qeyd olunur ki, hərbi texnika, dövlət arxivləri və arxeoloji qazıntılar zamanı əldə edilən bəzi materiallar qanunun əhatə dairəsinə daxil edilməyib.
Bu ilin əvvəlində Fransa 1916-cı ildə müstəmləkə qüvvələri tərəfindən aparılmış müqəddəs Cici Ayokve (Djidji Ayôkwé) qavalını Fil Dişi Sahillərinə qaytarmışdı.