“Kabus ssenarisi” riski artır
Hörmüz boğazı böhranı dərinləşir
16:49 | 23 aprel 2026 | Cümə axşamı
Məqaləyə 18 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
İran Şimali Afrikada fəaliyyət göstərən “Polisario cəbhəsi”ni silahlandıraraq yeni “husilər modeli” formalaşdırılmağa çalışılır.
VAXT.AZ “Jewish Insider”ə istinadən xəbər verir ki, ABŞ senatoru Ted Kruz Senatına təşkilatın terror siyahısına salınması ilə bağlı qanun layihəsi təqdim etdiyini açıqlayıb.
Məlumata görə, məsələ ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən terrorla mübarizə mövzusunda dinləmələr zamanı gündəmə gətirilib. Dinləmələrdə İranın Şimali Afrika regionunda fəaliyyətinin genişləndiyi və müxtəlif silahlı qruplarla əlaqələrinin artdığı bildirilib.
Senator qeyd edib ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə “Polisario cəbhəsi” arasında birbaşa əməkdaşlıq mövcuddur və bu əlaqələr regionda sabitliyi pozan əsas amillərdən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, İran regionda yeni silahlı təsir mexanizmləri yaratmaqla Şimali Afrikanı daha mürəkkəb təhlükəsizlik mühitinə sürükləyir.
Ted Kruz bildirib ki, təqdim etdiyi qanun layihəsi “Polisario cəbhəsi”nin rəsmi şəkildə terror təşkilatı kimi tanınmasını nəzərdə tutur. Layihəyə əsasən, təşkilatın İranla əlaqəli silahlı qruplarla hərbi əməliyyatlar, pilotsuz uçuş aparatları və kəşfiyyat məlumatlarının mübadiləsində iştirak etməsi sübuta yetirilərsə, onun terror təşkilatı kimi təsnif edilməsi hüquqi baxımdan mümkün olacaq.
Senator əlavə edib ki, Tehran administrasiyası regionda xarici silahlı aktorları dəstəkləməklə qeyri-sabitlik yaratmaq strategiyasını davam etdirir. Onun sözlərinə görə, “Polisario cəbhəsi” artıq yalnız lokal siyasi hərəkat deyil, İranın qlobal təhlükəsizlik strategiyasının elementlərindən birinə çevrilmək təhlükəsi ilə üz-üzədir.
Senat dinləmələri zamanı təqdim edilən məlumatlarda qeyd olunub ki, SEPAH tərəfindən təmin edilən pilotsuz uçuş aparatları (PUA) “Polisario cəbhəsi”nin bəzi bölmələri tərəfindən istifadə oluna bilər.
Bildirilir ki, bu cür silah və texniki vasitələrin ötürülməsi yalnız bir qrupla məhdudlaşmaya bilər. Sahel regionunda fəaliyyət göstərən digər radikal qruplara da yayılma riski yarada bilər. Bu isə Şimali Afrika və Qərbi Afrikanın təhlükəsizlik sisteminə əlavə təzyiq yaradan amillərdən biri kimi qiymətləndirilir.
Dinləmələr zamanı çıxış edən ABŞ Dövlət Departamentinin Monika Yakobsen adlı nümayəndəsi regionda qaçaqmalçılıq marşrutları və silah dövriyyəsinin diqqətlə izlənildiyini təsdiqləyib. O bildirib ki, “Hizbullah” və SEPAH ilə əlaqələr barədə iddialar ABŞ kəşfiyyat strukturları tərəfindən ayrıca araşdırılır.
Analitiklər hesab edir ki, “Polisario çəbhəsi”nin İranla mümkün əməkdaşlığı barədə iddialar təsdiqlənərsə, bu Şimali Afrika və Sahel bölgəsində yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb ola bilər. Xüsusilə PUA-ların və digər müasir silah sistemlərinin regiona daxil olması sərhəd təhlükəsizliyi və enerji marşrutları üçün əlavə risklər yarada bilər.
Ekspertlər vurğulayırlar ki, bu məsələ yalnız lokal münaqişə çərçivəsində deyil, həm də Yaxın Şərq və Şimali Afrika regionları arasında təhlükəsizlik balansına təsir edə biləcək geniş geosiyasi proses kimi qiymətləndirilməlidir. ABŞ-da təqdim edilən yeni qanun layihəsinin taleyi və bu istiqamətdə atılacaq addımlar isə yaxın aylarda regionun təhlükəsizlik gündəmini müəyyən edən əsas faktorlar sırasında qalacaq.