vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 28 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TURİZM, NƏQLİYYAT  
Yay tətili öncəsi uçuş böhranı 12:40 | 28 aprel 2026 | Çərşənbə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yay tətili öncəsi uçuş böhranı

Ləğv olunan reyslər artır, biletlər bahalaşır

MURAD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji daşımalarında yaranan çətinliklərlə əlaqədar aviasiya sektorunda yeni böhran əlamətləri müşahidə olunur. Avropanın aşağıbüdcəli hava yolu şirkəti “Transavia France” may və iyun aylarını əhatə edən dövrdə bəzi uçuşlarını ləğv etdiyini açıqlayıb. Şirkət qərarın əsas səbəbi kimi aviasiya yanacağı – kerosinin qiymətlərinin kəskin artmasını göstərir.

VAXT.AZ “Le Figaro”ya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ləğvlər ümumi uçuş proqramının 2 faizini əhatə edir. Lakin bu addım yay mövsümü ərəfəsində səyahət planlaşdıran minlərlə sərnişin üçün əlavə risk yaradır. “Transavia France” bildirib ki, uçuşu ləğv edilən sərnişinlərə SMS və elektron poçt vasitəsilə məlumat göndərilir və alternativ variantlar təqdim olunur. Bu variantlara bilet tarixinin dəyişdirilməsi, geri qaytarılması və ya seçimi daxildir.

Mövcud vəziyyətin əsas səbəbi Yaxın Şərqdə baş verən hadisələr fonunda enerji bazarlarında yaranan gərginliklə əlaqələndirilir. Xüsusilə Hörmüz boğazı üzərindən neft və yanacaq daşımalarının məhdudlaşması Avropanın kerosin təchizatına ciddi təsir göstərib. Dünya üzrə neft daşımalarının böyük hissəsinin məhz bu marşrutdan keçməsi səbəbindən burada yaranan hər hansı problem qlobal yanacaq bazarına dərhal təsir edir. Ekspertlərin qiymətləndirmələrinə görə, son aylarda Avropa bazarında avia yanacağın qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bəzi hallarda əvvəlki səviyyələrlə müqayisədə iki dəfədən çox yüksəlib.

Artan xərclər artıq sərnişinlərə də təsir etməyə başlayıb. “Transavia Frenace” qiymət siyasətində dəyişiklik edərək biletlərə əlavə yanacaq xərci tətbiq edib. Mövcud məlumatlara görə, bu qərardan sonra gediş-dönüş biletlərinin orta qiyməti təxminən 10 avro artıb. Aviasiya sektorunun nümayəndələri hesab edir ki, yanacaq qiymətlərində artım davam edərsə, yaxın aylarda əlavə bahalaşmaların baş verməsi ehtimalı yüksəkdir.

Məsələ təkcə bir aviaşirkətlə məhdudlaşmır. Avropa aviasiya bazarında fəaliyyət göstərən digər iri daşıyıcılar da xərclərin artması səbəbindən uçuş proqramlarını yenidən nəzərdən keçirməyə başlayıblar. Məsələn, KLM bəzi istiqamətlər üzrə uçuşların azaldılması planlarını müzakirə edir, “Lufthansa” isə xərclərin optimallaşdırılması üçün əlavə tədbirlər üzərində işlədiyini açıqlayıb. Bu isə göstərir ki, yanacaq böhranı uzun müddət davam edərsə, yay mövsümündə daha geniş miqyaslı uçuş reys ləğvləri mümkündür.

Avropa rəsmiləri də vəziyyətin daha da mürəkkəbləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Onların fikrincə, yanacaq təchizatında davam edən qeyri-müəyyənlik yay aylarında daha bahalı aviabiletlərə və əlavə uçuş dəyişikliklərinə səbəb ola bilər. Aviasiya sektorunda müşahidə olunan bu dinamika göstərir ki, enerji bazarlarında baş verən geosiyasi dəyişikliklər artıq birbaşa sərnişin daşımalarına təsir edir və qarşıdakı aylar həm aviaşirkətlər, həm də sərnişinlər üçün çətin keçə bilər.