“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
18:33 | 22 may 2026 | Cümə
Məqaləyə 14 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Avropada qeyri-qanuni miqrasiya ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrildi. Yeni ictimai rəy sorğusu göstərib ki, daha bir Avropa ölkəsi vətəndaşlarının böyük əksəriyyəti tərəflərdən birinin ölkədə qeyri-leqal statusda olduğu hallarda rəsmi nikahın qadağan edilməsini dəstəkləyir.
CSA (Conseil Sondage Analyse Research) Araşdırma İnstitutunun “CNEWS”, “Europe 1” və “JDD” üçün keçirdiyi sorğuya əsasən, respondentlərin 73%-i oturum icazəsi olmayan və ya qanunsuz yaşayan şəxslərlə nikah bağlanmasına qarşı çıxır.
Sorğunun nəticələri Fransada miqrasiya, vətəndaşlıq və ailə hüquqları ətrafında gedən mübahisələrin daha da sərtləşdiyini göstərir.
Mövzu xüsusilə Robert Menard ətrafında açılmış məhkəmə işi fonunda yenidən aktuallaşıb.
Bezye şəhərinin meri olan Menard 2023-cü ildə Fransa ərazisini tərk etməsi barədə qərar verilmiş əlcəzairli şəxslə fransız qadının nikahını rəsmiləşdirməkdən imtina etmişdi.
Bu addımına görə ona qarşı hüquqi proses başladılıb və məhkəmə araşdırması davam edir.
Sorğu nəticələri yaş qrupları arasında ciddi fərqlərin olduğunu göstərib.
18–24 yaş aralığında qadağanı dəstəkləyənlərin payı 63 faiz olduğu halda, 65 yaşdan yuxarı respondentlərdə bu göstərici 82 faizə çatır.
Kişilərin 75, qadınların isə 72 faizi belə nikahların qadağan edilməsini dəstəklədiyini bildirib.
Araşdırma seçicilərin siyasi baxışlarına görə də ciddi parçalanmanın olduğunu üzə çıxarıb.
“Avropa Ekologiya – Yaşıllar Partiyası” (“Europe Ecology – The Greens”) tərəfdarlarının yalnız 35 faizi qadağanı dəstəkləyib. “Sosialist Partiyası” (“Socialist Party”) seçicilərində isə bu rəqəm 50 faiz olub.
Sağ və ifrat sağ elektoratda göstəricilər daha yüksəkdir. “Respublikaçılar Partiyası” (“The Republicans”) və prezident Emmanuel Makronun “Dirçəliş” (“Renaissance”) partiyasına yaxın seçicilərin 82 faizi qadağanı dəstəkləyib.
İfrat sağçı hesab edilən “Milli Birlik Partiyası” (“National Rally”) və “Yenidən fəth” (“Reconquête”) tərəfdarlarında isə göstərici 90 faizə yüksəlib.
Avropanın müxtəlif ölkələrində artıq saxta nikahlar və qeyri-leqal miqrasiya ilə bağlı sərt nəzarət mexanizmləri tətbiq olunur.
“Eurojustun” hesabatında bildirilir ki, Avropa Birliyi ölkələri son illərdə saxta nikahlar vasitəsilə qeyri-qanuni miqrasiya və insan alveri hallarına qarşı qanunvericiliyi sərtləşdirib.
Bir sıra Avropa ölkələrində nikahdan əvvəl miqrasiya statusunun yoxlanılması, şübhəli münasibətlərin araşdırılması və formal nikah şübhəsi yarandıqda qeydiyyatın dayandırılması kimi tədbirlər tətbiq edilir.
Bununla belə, Avropa Birliyi səviyyəsində qeyri-leqal miqrantlarla nikahı ümumi şəkildə qadağan edən vahid qanun mövcud deyil. Nikah qaydaları əsasən milli qanunvericiliklə tənzimlənir və ölkələr arasında fərqlənir.
Son illər Avropada qeyri-qanuni miqrasiya ətrafında ictimai narazılığın artdığı müşahidə olunur. Müxtəlif sorğular Fransa, Almaniya, İtaliya və digər ölkələrdə miqrasiya əleyhinə mövqelərin gücləndiyini göstərir.