
100 ildən sonra bir ilk
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Polisin girə bilmədiyi şəhərətrafı ərazilərdə cinayətkar dəstələr və zorakılıq artır
Fransadakı siyasi islam qruplarının rəhbərləri bu dəfə nə səslərini çıxardı, nə də qəzəbləndilər
Açılış mərasiminin bədii rəhbəri iddiaları rədd edib
“Paris-2024”də ilk medalımız qızıl oldu
Əvvəlcə qatar xətləri, indi isə telefon operatorları...
Qadın əleyhinə sözlər “Eurosport” şərhçisini işindən etdi
Paris olimpiadasının açılış mərasimindəki parodiyaya kəskin etirazlar, texnologiya nəhəngi reklamlarını dayandırdı
Təxribatın arxasında aşpaz Kiril dayanır?
Sent-Çarls stansiyası boşaldılıb
Paris Olimpiadasında Cənubi Koreyalı idmançılar Şimali Koreyalılar kimi təqdim olundu
Olimpiadaya ev sahibliyi edən Fransada açılışdan əvvəl qatar xətləri sıradan çıxarılıb
Səhər qatar xətləri sıradan çıxarılan ölkənin günorta hava limanı da boşaldıldı
Parisdəki Luvr Muzeyindən 9 qiymətli zinət əşyasının oğurlanması təkcə Fransada deyil, bütün dünyada diqqət mərkəzinə çevrildi. “Euronews” tarix boyunca baş vermiş ən məşhur muzey oğruluqlarını xatırladaraq, sənət dünyasının ən qalmaqallı hadisələrini bir araya topladı.
Vaxt.Az xəbər verir ki, hadisə dünən (19 oktyabr) səhər saatlarında, Fransa Kral Cəvahiratının bir hissəsinin nümayiş etdirildiyi “Apollo Qalereyasında” baş verib. İddiaya görə, oğrular Napoleon kolleksiyasına aid 9 ədəd daş-qaş parçasını cəmi 7 dəqiqə ərzində ələ keçiriblər. Onların muzeyə səbətli liftlə daxil olduğu güman edilir.
Dünyanın ən çox ziyarət edilən muzeyində, gündüz vaxtı, turistlərin gözü önündə baş verən bu hadisə, son illərin ən yüksək səs-küylü oğurluqlarından biri hesab olunur.
Hadisə, muzey əməkdaşlarının son dövrlərdə basa-basdan və qeyri-kafi təhlükəsizlik səbəbindən narazılıq etdikləri bir vaxtda yaşanması ilə də diqqət çəkib.
Luvr və oğruluqların tarixi: “Mona Liza”nın yoxa çıxması
Əslində bu Luvrda baş verən ilk oğurluq hadisəsi deyil. Dünyanın ən məşhur oğurluqlarından biri 1911-ci ildə elə bu muzeydə baş vermişdi Həmin il Leonardo da Vinçinin “Mona Liza” əsəri sirli şəkildə yoxa çıxmışdı.
O dövrdə əsər bugünkü qədər tanınmırdı. İtalyan əsilli keçmiş muzey işçisi Vinçenzo Peruccia gecə muzeydə gizlənərək, səhər paltosunun altına saldığı tablo ilə qapıdan çıxmağı bacarmışdı.
Hadisə dünya mediasında səs-küy yaratdı, “Mona Liza” isə iki il sonra Florensiyada tapıldı. Məhz bu olaydan sonra əsər dünyanın ən tanınmış sənət simvoluna çevrildi.
Rembrandtın “Jacob de Gheyn III” portreti – dörd dəfə oğurlanan tablo
Holland ustası Rembrandt van Reyn sənət tarixinin ən dəyərli və eyni zamanda ən çox oğurlanan rəssamlarından biridir. Onun “Jacob de Gheyn III” adlı kiçik portreti dörd dəfə oğurlanaraq “Takeaway Rembrandt” (Al-götür Rembrandt) ləqəbini qazanıb.
Əsər ilk dəfə 1966-cı ildə Londondakı “Dulwich” Rəsm Qalereyasından oğurlanıb, daha sonra 1973, 1981 və 1983-cü illərdə yenidən yoxa çıxıb. Hər dəfə tapılıb geri qaytarılsa da, əsər “ən çox oğurlanan tablo” kimi “Ginnes Rekordlar Kitabı”na düşüb.
Tarixdə ən çox oğurlanan sənət əsəri isə flamand ustası Yan van Eykin “Gent qurbangahı” (1432) hesab olunur. Bu əsər 600 illik tarixində ən azı 7, bəzi mənbələrə görə isə 13 dəfə oğurlanıb.
İzabella Stüart Qardner Muzeyi soyğunluğu – ABŞ tarixinin ən böyük sənət oğruluğu
1990-cı ilin 18 martında Bostondakı muzeyə polis forması geymiş iki nəfər daxil olaraq, 13 sənət əsərini oğurlayıb. Onlar mühafizəçiləri bağlayaraq, 81 dəqiqə ərzində Rembrandt, Vermeer, Degas və Manenin baş əsərlərini aparıblar.
Vermeerin “Konsert” tablosu təkcə bu hadisədə deyil, bütün dövrlərin ən bahalı itirilmiş əsərlərindən sayılır. Dəyərinin yarım milyard dollar olduğu bildirilir.
Rembrandtın “Qalileya dənizində fırtına” əsəri isə çərçivəsindən kəsilərək aparılmışdı. Bu gün həmin boş çərçivələr muzeydə xatirə kimi sərgilənir.
Hadisə hələ də açılmayıb və ABŞ tarixinin ən müəmmalı sənət oğruluğu olaraq qalır.
Van Qoqun əsərləri və Neapol mafiyası izi
Amsterdamdakı Van Qoq Muzeyi də bir neçə dəfə oğruların hədəfinə çevrilib.
1991-ci ildə 20 əsər, o cümlədən “Kartof yeyənlər” tabloları oğurlanmış, sonradan sahibsiz avtomobildə tapılmışdı.
2002-ci ildə iki tablo – “Kilsə fasadı” və “Dəniz mənzərəsi” divarın kuvaltla sınıdılması nəticəsində oğurlanmışdı. Əsər 14 il sonra İtalyan polisi tərəfindən Napoli mafiyasından geri alınmışdı.
Drezden oğruluğu: Krallıq zinətləri yoxa çıxdı
2019-cu ildə Almaniyanın Drezden şəhərində yerləşən “Yaşıl Qutu” (“Grünes Gewölbe”) muzeyi də talana məruz qaldı. Oğrular 18-ci əsrə aid brilyantlarla bəzədilmiş krallıq zinətlərini apardılar.
Oğurlanan əşyaların dəyəri yüz milyonlarla avro idi və onların açıq bazarda satılması praktiki olaraq mümkün deyil. Əşyaların bir hissəsi sonradan tapılıb, hadisə ilə bağlı beş nəfər məhkum olundu.