vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KİNO-TEATR  
“İblis ovçusu”nun 20 illik arzusu 13:23 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 35 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İblis ovçusu”nun 20 illik arzusu

Uzun sürən davam filmi üçün DC-dən açıqlama gəldi; Rivsin xəyalı gerçəkləşəcəkmi?

MEHİN

“DC Studiya”larının həmtəsisçisi Ceyms Qunn (James Gunn) Keanu Rivsin (Keanu Reeves) uzun müddətdir həyata keçirmək istədiyi davam filmi barədə danışıb.

Vaxt.AZ “Deadline” istinadən xəbər verir ki, 2005-ci ildə çıxan “Constantine” filmində Rivs intihar cəhdindən sonra cəhənnəmi yaşayan iblis ovçusu “Con Konstanin” (John Constantine) rolunda idi.

Kult filmin davamı ilə bağlı sualları cavablandıran Qunn “BobaTalks podcast”ində, “Bəzən bu barədə danışmışıq. Keanu ilə də danışdım. Amma hələ ssenarini oxumamışam”, – deyib.

61 yaşlı Rivs isə ilin əvvəlində “Constantine”in davamı üzərində işlədiklərini açıqlamış və “Inverse” jurnalına verdiyi müsahibədə, “Rejissor Fransis Lorens (Francis Lawrence) ilə birlikdə bu filmi 10 ildən artıqdır ki, yaratmağa çalışırıq. Qısa zaman əvvəl bir hekayə hazırladıq və “DC Studiya”larına təqdim etdik. Onlar da razılıq verdilər. İndi ssenarini yazmağa çalışacağıq”, – demişdi.

“Con Uik” (John Wick) və “Matriks” (Matrix) kimi əfsanəvi silsilə filmlərlə tanınan Rivs, bu açıqlamanı Lorensin filminin davamı barədə hər zamankindən daha yaxın olduğunu söyləməsindən sonra vermişdi.

Lorens fevral ayında “Collider”ə verdiyi müsahibədə, “İllər boyu çox sayda komiksləri araşdırdıq. İndi isə əlimizdə həqiqətən möhtəşəm bir ideya var. Bu xarakter həmişə ağlımızın bir küncündə olub. İllər ərzində sevdiyimiz xarakterlər və hekayələrdən ilham alaraq müxtəlif ideyalar üzərində düşündük”, – demişdi.

“Constantine”, “DC Comics” və “Vertigo Comics”in “Hellblazer” komiks seriyasından sərbəst şəkildə uyğunlaşdırılmışdı. Ssenari Kevin Brodbin və Frank Kappello tərəfindən yazılmışdı.

Film Reyçel Veltz (Rachel Weisz) və Tilda Svintonun (Tilda Swinton) da rol aldığı, cəhənnəmə gedib gələ bilən, mələklərin və şeytanların həqiqi formasını görə bilən, melankolik Con Konstantinin hekayəsini izah edir.

Rejissor Fransis Lorensin 2023-cü ildə verdiyi müsahibədə müəlliflər etirazının layihəni gecikdirdiyini etiraf etmişdi: “Xarakterin hüquqlarını yenidən əldə etmək üçün bir çox maneələri aşmalı olduq. İndi isə nəzarət tamamilə bizim əlimizdədir”.