
Dünyanın ritmi pozuldu
Daha iki yeni fəsil ortaya çıxdı
Daha iki yeni fəsil ortaya çıxdı
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Dünya iqtisadiyyatı və sivilizasiyası yeni mərhələdə
Xırda növ yırtıcıların qısa, kəskin klik səsləri çıxardığı məlum olub
Hər kəsə təsir edəcək böyük təhlükə – dünya ekosisteminə dəhşətli zərbə
Qravitasiya indiki vəziyyətdən bir qədər yüksək və ya aşağı olsaydı ...
Quşların təsadüfən zəhərlənməsi fəlakətlər zəncirinə səbəb oldu
Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir
Yaşıl çəmənlikdə qırmızı topu tapmaq onlar üçün əsl problemdir
Fəlakət anlarında insanı heyran qoyan şəkillər çəkməyin qaydaları
Fəlakət anlarında insanı heyran qoyan şəkillər çəkməyin qaydaları
Süpürgə sapında uçurmuş kimi görünən vəhşi arı, şirlə üz-üzə gələn kobra və obyektivə tuş gələn yarasalar… Bunlar bu il çox bəyənilən İlin Vəhşi Həyat Fotoqrafçısı yarışmasının namizəd işlərindən bir neçəsidir.
Yarışmanı təşkil edən Böyük Britaniyanın Təbiət Tarixi Muzeyi qalib fotoşəkilləri oktyabrın 14-də açıqlayacaq və oktyabrın 17-də seçilmiş ən yaxşı 100 fotoşəkilin yer alacağı sərgi təşkil olunacaq.
Təşkilatçılar sərgi öncəsi bu ilin ən yaxşı namizədlərindən bir neçəsini yayımlayıblar. 113 ölkə və bölgədən gələn rekord sayda 60 min fotoşəkildən seçilmiş bu kadrlar, vəhşi həyat fotoqrafçılığı, film istehsalı, təbiətin qorunması və elmi sahələrdə ixtisaslaşmış beynəlxalq jüri tərəfindən qiymətləndirilir.
Bunlar arasında makro vəhşi həyat fotoqrafı Bidyut Kalita tərəfindən çəkilmiş bir vəhşi arı fotoşəkili də var. Fotoşəkildə arı süpürgə sapında uçurmuş kimi görünür, amma əslində balalarını bəsləmək üçün tırtıl daşıyırdı. Bu iş “Davranış: Sümüksüzlər” kateqoriyasında yüksək qiymətləndirilib.
İsrailli fotoqraf Amit Eşelin çəkdiyi “Sürünün içində” adlı digər təsirli fotoşəkil, maraqlı bir qütb canavarı sürüsünün göz səviyyəsindən çəkilmiş bir kadrıdır.
Kanadanın Nunavut bölgəsindəki Ellesmere Adasında 5 canavar kameraya yalnız bir neçə metr məsafədə görülür. Eşel, çəkiliş üçün -35 dərəcə soyuqda dözümlülük göstərdiyini və canavarların çox yaxınlaşdığını, nəfəslərinin qoxusunu hiss etdiyini bildirib.
İtaliyanın fotoqrafı Qabriella Kominin çəkdiyi “Oyandırma çağrışı” adlı foto, Serengeti Milli Parkında günorta isti altında bir şirin kobrayla üz-üzə gəldiyi anı göstərir. Kobra sürünərək yuxulu iki şirə doğru irəliləyirdi.
Fotoqraf Sitaram Raul isə Hindistanın cənub-qərbində, Bombayın altında yerləşən bir mağaranın qaranlığında bu ilin ən heyrətamiz yarışma namizədlərindən birini tutmağı bacarıb. Fotoqraf meyvə yarasalarını qədim bir xarabalıqdan çıxarkən qaranlıqda tutub və flaş texnikası ilə heyvanların uçuşunu nəfəs kəsən kadrlarla əks etdirib.
Şri-Lankadan gələn bir başqa fotoşəkildə isə tək bir Asiya fili atılmış tullantı sahəsində gəzərkən görünür. Fotoşəkil Şri-Lankanın Şərq əyalətindəki Amparada çəkilib. Fotoqraf Lakşita Karunarathnadır və fotoşəkilə “Toksik üç” adı verilib.
Keçən ilki yarışmanı Kanadalı fotoqraf Şeyn Qross qazanmışdı. O, Kanadadakı Cedar Gölünün nilufər yarpaqlarının yaratdığı kölgədə süzən qərb qurbağası iribaş sürüsünü çəkmişdi. Şeyn Qross “BBC News”a müsahibəsində , “Mənim üçün ən maraqlısı, yeni bir şey görüb onu ən yaxşı şəkildə fotoya köçürməyə çalışmaqdır”, – demişdi.