vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ŞOU BİZNES  
“Miss France” yarışmasında skandal 23:57 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Miss France” yarışmasında skandal

Cinsi istismar və təcavüz

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Miss France” yarışmasının 100-cü ili üçün hazırlanmış kitabda, keçmiş gözəllər cinsi istismar və təcavüz iddialarını açıqladı. yarışmanın qaranlıq tərəfi üzə çıxdı.

“Miss France: Du Rêve à la Réalité” (Miss France: Xəyaldan Gerçəyə) adlı kitabın müəllifi Hyuber Geren (Hubert Guérin) yarışmanın əfsanəvi prezidenti Jenivyev də Fontenenin (Geneviève de Fontenay) son köməkçilərindən biridir. Kitab üçün həyatda olan 60 keçmiş “Miss France” tac sahibi ilə görüşən Guérin, bir çox iştirakçının yaşadıqlarını dinləyərkən böyük şok yaşadığını bildirdi.

Fransanın “Le Progrès” qəzetinə danışan Geren, “Heç xəyal edə bilməyəcəyim gizli tərəflə qarşılaşdım. Bu yarışma qadınları əzən bir maşın kimidir”, – deyib.

Görüşülən qadınlardan biri yaşadıqlarını belə izah etdi: ““Miss France”a canlı gəldim, o ili ölü biri kimi bitirdim”.

Bəzi qadınlar yaşadıqları təcavüz və istismar hadisələrini ətraflı izah etdilər. Bir “Miss France”, “Tacımı geyindiyim il təcavüzə məruz qaldım”, – deyib.

Başqa biri, “Tacımı geyindikdən bir gün sonra cinsi əlaqəyə məcbur edildim”, – əlavə edib.

Foto çəkilişləri zamanı əl ilə təcavüzə uğrayan qadınlar da olub. Geren bir hadisəni belə izah edib: “Adı açıqlanmayan bir kişi bütün otaqları gəzir və iştirakçılarla şəkil çəkdirirdi. Hər birinin ayaqlarına əlini qoyurdu”.

 

Hadisələr 1990–2002-ci illər arasında baş verib

 

Gerenin verdiyi məlumata görə, hadisələrin böyük əksəriyyəti 1990–2002-ci illər arasında baş verib. 1981–2007-ci illərdə yarışmanın prezidenti olmuş Jenivyev də Fontenenin Gerenin iddiasına görə, bu hadisələrdən xəbəri yox idi. “O, həmişə iştirakçıları qorumağa çalışırdı”, – deyib.

2002 “Miss France” titulunu qazanan və daha sonra təşkilatda rəhbər olmuş model Silvi Tellie (Sylvie Tellier) də, eyni şəkildə, bu hadisələrdən xəbərsiz olduğunu bildirib. Lakin işə başladığı ilk andan etibarən sistemdə köklü dəyişikliklər etdiyini açıqlayıb. Tellie, səhnə arxasına icazəsiz girişləri qadağan edib, təhlükəsizlik işçiləri təyin edib və kişi personalın çoxunu qadınlarla əvəz edib. Gerenə görə, bu tədbirlər riskləri ciddi şəkildə azaltdı.

 

Kitab hələ tərcümə olunmayıb

 

2025-ci sentyabrın 8-də yayımlanan kitab hazırda yalnız Fransızca çap olunub. Hələ başqa dillərə tərcüməsi yoxdur. Yarışmanın 100-cü ili üçün nəzərdə tutulmuş bir qeyd əvəzinə, Fransız ictimaiyyəti dərin bir şokla üzləşdi. Hələlik bütün adlar anonim saxlanılsa da, iddiaların ciddiliyi həm təşkilatı, həm də gözəllik yarışmalarına baxışı yenidən nəzərdən keçirməyə vadar edir.