
«Yığmada irqçilik var»
«Şüşədən hasar çəkilib»
«Şüşədən hasar çəkilib»
«Şüşədən hasar çəkilib»
«Şüşədən hasar çəkilib»
«Şüşədən hasar çəkilib»
İngiltərə Futbol Federasiyası, “Chelsea”nin keçmiş sahibi və rus oliqarx Roman Abramoviç dövrünə dair araşdırma başlatdı.
Federasiya Abramoviç dövründə menecer tənzimləmələri, vasitəçilərlə iş qaydaları və oyunçulara üçüncü tərəf yatırımları ilə bağlı qayda pozuntularına görə klub haqqında ittiham irəli sürdü.
Açıqlamada, Londra klubu “Chelsea”yə 74 maddə üzrə ittiham verildiyi bildirildi: “Futbol Federasiyası bu gün “Chelsea”ni futbol menecerləri qaydasının “J1” və “C2”, vasitəçilərlə iş qaydasının “A2” və “A3” və oyunçulara üçüncü tərəf yatırımı qaydasının “A1” və “B3” maddələrini pozmaqda ittiham etdi.”
“T24”ə görə, federasiya ittihamlara dair dövrün 2009-2022 illəri arasında olduğunu vurğulayıb. İttihamların əsasən 2010-11 və 2015-16 mövsümləri arasındakı hadisələrə aid olduğu və “Chelsea”nin bu ittihamlara ən gec 19 sentyabr tarixinə qədər cavab verə biləcəyi bildirildi.
Klubun İngiltərə nümayəndəliyi isə sahibliyin 2022-ci il mayın 30-da dəyişdiyini qeyd edərək, köhnə və yeni sahiblər arasında şəffaflıq siyasətinin tətbiq olunduğunu bildirdi.
Alqı-satqı əməliyyatının tamamlanmasından dərhal sonra hər şeyin federasiya da daxil olmaqla bütün əlaqədar qurumlara bildirildiyi qeyd edildi. “Chelsea” açıqlamasında, “Klub bu müddətdə misli görünməmiş şəffaflıq göstərdi və klubun sənədlərinə, keçmiş məlumatlarına geniş çıxış təmin etdi. Bu məsələni mümkün qədər tez yekunlaşdırmaq üçün federasiya ilə əməkdaşlıq etməyə davam edəcəyik. On ildən çox əvvəl baş vermiş bu mürəkkəb işdə klub ilə əlaqələri üçün federasiyaya təşəkkür edirik”, – deyib.