vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DÖYÜŞ NÖVLƏRİ  
ABŞ immiqrasiya orqanları meksikalı boksçunu saxlayıb 12:02 | 4 iyul 2025 | Cümə Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ immiqrasiya orqanları meksikalı boksçunu saxlayıb

Dünya çempionunun oğlu deportasiya olunacaq

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın immiqrasiya orqanları Los-Ancelesdə meksikalı boksçu Culio Sezar Çavezi saxlayıb. ABŞ-lı rəqibi Ceyk Polla əsas görüşdə uduzduqdan bir neçə gün sonra saxlanılan boksçunun deportasiya edilməsi planlaşdırılır.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi mövzu ilə bağlı açıqlamasında 2024-cü ildə daimi yaşayış üçün müraciətində yalan ifadələr verən Çavesin qeyri-qanuni yollarla ölkədə olduğu təsbit edildiyini iddia edib. Açıqlamada meksikalı boksçunun ABŞ vətəndaşı ilə evli olduğu bildirilib.

Boksçunun vəkili Maykl Qoldşteyn iki gün əvvəl Çavezin “Studio City”dəki evində 20-dən çox immiqrasiya rəsmisi tərəfindən saxlanıldığını açıqlayıb. Müvəkkilinə qarşı ittihamların “şok edici” olduğunu deyən Qoldşteyn, bu ittihamların cəmiyyəti terror etmək üçün nəzərdə tutulduğunu deyib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti dünya çempionu boksçu Xulio Sezar Çavesin 39 yaşlı oğlu Culio Çavesin Meksikadakı Sinaloa Karteli ilə əlaqədə şübhəli olduğunu bildirib. Kartel ABŞ-ın “xarici terror təşkilatları” siyahısındadır.

Saxlanılan boksçunun həyat yoldaşı Frida Munoz Çaves əvvəllər Sinaloa kartelinin lideri Xoakin “El Çapo” Quzmanın oğlu ilə evli olub. Quzman hazırda ABŞ həbsxanasında ömürlük həbs cəzasını çəkir. Quzmanın oğlu Edqar 2008-ci ildə öldürülüb.

ABŞ Daxili Təhlükəsizlik Departamenti Çavezin Meksikada həbs orderinin olduğunu və mütəşəkkil cinayətkarlıq və odlu silah alverində ittiham olunduğunu açıqlayıb. Nazirlik keçmiş prezident Co Baydenin dövründə Çavezin yanvar ayında müvəqqəti olaraq ABŞ-a daxil olmasına icazə verildiyini, lakin viza müddəti bitdikdən sonra ölkədə qalmağa davam etdiyini bildirib.

Çavezin 2024-cü ildə ABŞ-da silahla bağlı cinayətlərə görə məhkum edildiyi bildirilsə də, boksçunun vəkili bu hökmü rədd edib. Çavesin ailəsi də açıqlamasında onun günahsızlığına tam əmin olduqlarını bildirib.