vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
143 rəqiblə mübarizə 11:27 | 22 may 2025 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

143 rəqiblə mübarizə

46 gün davam edən şahmat qarşılaşması ən gözlənilməz nəticə ilə yekunlaşdı

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya şahmat tarixinin ən qeyri-adi yarışlarından biri başa çatıb. Aprelin 4-də “Chess.com” saytında başlayan və “Maqnus Karlsen dünyaya qarşı” adı ilə başlayan mübarizə 46 gün davam edib. 34 yaşlı norveçli qrossmeyster Maqnus Karlsenlə internet üzərindən düz 143 min insan oynayıb. Milyonların izlədiyi matç ən gözlənilməz şəkildə – heç-heçə bitib...

Karlsenin qarşı tərəfində “Dünya komandası” adlı bir qrup oyunçu olub. Bu komanda hər bir gedişə qaşı 24 saat ərzində cavab verib. Karlsen ağ fiqurlarla və klassik vaxta nəzarətdən kənar çevik qaydalarla oynayıb. Eyni mövqe 3 dəfə təkrarlandığı üçün oyunun 32-ci gedişində heç-heçə başa çatıb. Bu qayda şahmatda "üç təkrar" kimi tanınır.

***

Mütəxəssislər Karlsenin rahat qələbə qazanacağını gözləyirdilər, lakin böyük oyunçu qrupu nizam-intizamlı və diqqətli hərəkətləri ilə ona imkan verməyib. Karlsen də bu nəticəni yüksək qiymətləndirib və açıqlamasında "Dünya Komandası əvvəldən çox güclü oynayıb", – deyib.

***

Milyonlarla insanın izlədiyi yarış dünyada kütləvi iştirakla üçüncü ən böyük şahmat turniri idi. 1999-cu ildə Qarri Kasparov 50.000 nəfərlə oxşar formatda oynayıb və qalib gəlmişdi. 2024-cü ildə hindistanlı qrossmeyster Vişvanatan Anand təxminən 70 min nəfərlik rəqibə qalib gəlmişdi.

Digər tərəfdən, oyunun son günlərində Dünya Komandası daxilində strateji dilemma yarandı: “onlar heç-heçə etməli, yoxsa Karlseni udmalıydılarmı?” Bəzi istifadəçilər tarixi fürsəti uzatmaq istəsələr də, bəziləri oyunu artıq “tarixi” kimi qiymətləndirir...