
Cənubi Koreyalı “dəniz qızları”
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
Robot analar insan körpələri dünyaya gətirəcək
Başqa qadınla yazışdığı üçün ...
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
Yeni silah yarışının qalibi kim olacaq?
Ən ucuz məhsul ən yüksək qiyməti alıb
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Çipin üstündəki gözlər
Almaniyada tək yaşayanların sayı sürətlə artır
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
Çində 55 yaşlı qadın milli bodibildinq yarışmasında gənc rəqiblərini geridə qoyub. Vanq Jianronq Çində keçirilən milli bodibildinq yarışmasında qalib gələrək hər kəsi heyrətə gətirib. “Əzələli nənə” kimi tanınan Vanq bu nailiyyəti ilə yaşın əngəl olmadığını sübut edib.
Duruşunu yaxşılaşdırmaq və zədələrin qarşısını almaq üçün 20 il əvvəl fitneslə məşğul olmağa başlayan Vanq zamanla bunu həyat tərzinə çevirib.
İndi həftədə altı gün məşq edən Vanq fiziki gücü ilə seçilir. 127 kiloqram qaldırmaq, 95 kiloqram ağırlıqla oturmaq hərəkətlərini edir.
Tibbi testlər göstərir ki, Vanqın bədən yağ nisbəti illərdir 12-15 faiz arasında dəyişib. Onun bioloji göstəriciləri 30 yaşındakı şəxsin fiziki səviyyəsinə bərabərdir.
Mart ayında keçirilən milli yarışmada gənc rəqiblərini geridə qoyan Vanq nəinki kubok qazandı, həm də yaşla bağlı mühakimələrə meydan oxudu.
Lakin onun uğuru hər kəs tərəfindən alqışlanmayıb. Bəzi insanlar Vanqın üzünün yaşından daha yaşlı göründüyünü irəli sürdülər.
Bu tənqidlərə cavab verən Vanq, “Gənc görünməkdən daha vacib şeylər var. Mən sağlamam və bu, mənim üçün kifayətdir. Məşqə başlamaq üçün mükəmməl vaxtı gözləməyin. Gündə yalnız 10 təkanla başlayın və onları gücləndirin”, – deyib.
Sosial mediada da aktiv olan Vanq qadınları idman etməyə, sağlam qidalanmağa və tək qalmaqdan qorxmamağa təşviq edir.
Xaricdə oxuyan oğlu olduğunu deyən Vanq deyir ki, təlimlər ona tənhalığın öhdəsindən gəlməyə və stresdən azad olmağa kömək edir.