vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ASİYA  
Cənubi Koreyalı “dəniz qızları” 14:10 | 19 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənubi Koreyalı “dəniz qızları”

Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreyanın “Haenyeo” dalğıcları gündə onlarla dəfə 20 metr dərinliyə dalır. Nəfəsini iki dəqiqəyə qədər tuta bilən bu qadınlar, su altında keçirdikləri müddətlə bəzi dəniz məməlilərini belə geridə qoyurlar.

Cənubi Koreyanın Çecu Adası (Jeju) sahillərində yaşayan “Haenyeo” və ya “dəniz qadınları”, yeniyetməlikdən başlayaraq 90 yaşına qədər dənizə dalaraq dəniz məhsulları toplayırlar.

“Haenyeo” qadınlar gündə təxminən 100 dəfə 20 metr dərinliyə dalır. Onlar dərinliklərdə dəniz kirpiləri, dəniz ilbizləri və digər dəniz canlılarını toplayırlar.

Araşdırmaçılar 62 ilə 80 yaş arasındakı yeddi “Haenyeo”nun gündəlik dalış rutinlərini ilk dəfə öyrəndi. Tədqiqat, bu qadınların günlərinin 56 faizini su altında keçirdiyini ortaya qoydu.

Sent Endryus Universitetindən (St Andrews University) Kris Maknayt (Chris McKnight), ““Haenyeo”lar həqiqətən inanılmaz insanlardır. Dalış qabiliyyətləri fövqəladədir, lakin gündəlik rutinlərini edərkən həm davranışlarını, həm də fiziologiyalarını müşahidə etmək unikal bir fürsətdir”, – deyib.

 

20 ilə içində yox ola bilərlər

 

“Haenyeo” UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs kimi qəbul edilib. Amma qadın dalğıcların 90 faizi artıq 60 yaşın üzərindədir və onların sayı 1970-ci illərdə 14 min ikən, hazırda 3–4 minə düşüb.

Mütəxəssislər, Haenyeo-ların qarşıdakı 20 il içində tamamilə yox ola biləcəyi barədə xəbərdarlıq edirlər.

17-ci əsrdən bəri ailələrinin dolanışığını təmin etməklə məşğul olan “Haenyeo”lar, dalış geyimləri, üzgəclər və çəkili jiletlərdən başqa heç bir qoruyucu avadanlıq istifadə etmirlər. Topladıqları dəniz məhsullarını yığmaq üçün “tewak” adlanan üzmə cihazlarından yararlanırlar. Fərdi çalışsalar da, adətən eyni anda ən azı iki nəfər suda olur.